Murat Kurum Muxtar Babayevə təşəkkür etdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə beynəlxalq iqlim prosesinə verdiyi töhfələrə görə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Antalyada COP31 çərçivəsində keçirilən “COP-un keçmiş prezidentlərinin birgə bəyanatı” adlı tədbirdə danışıb.
Kurum Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birgə fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanın COP29-a sədrliyi dövründə qazandığı təcrübənin Braziliyanın COP30 və Türkiyənin COP31 sədrliyinə ötürülməsini yüksək qiymətləndirib.
COP31 prezidenti Bakıda keçirilən konfransın nəticələrindən danışaraq iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbulunu mühüm nailiyyət adlandırıb:
“Biz Bakıda qəbul edilən maliyyə hədəfini mühüm uğur hesab edirik”.
O, həmçinin COP29-da Paris Sazişinin 6-cı maddəsinin tətbiqi qaydalarının razılaşdırılmasının tamamlandığını xatırladıb. Kurumun sözlərinə görə, hazırda əsas vəzifə qəbul edilmiş qərarların ölkələr və insanlar üçün konkret nəticələrə çevrilməsini təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















