Icma.az
close
up
RU
Astanada biznes forumu keçirilib

Astanada biznes forumu keçirilib

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın paytaxtı Astana şəhərində "Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq" mövzusunda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib.


Missiya.Az
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forumda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.


Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.


İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb. Nazir müavini ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar haqqında danışıb.


Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığımızın əsas istiqamətlərindən biridir və bu sahədə logistika xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Qazaxıstan və Azərbaycan Avrasiya ticarət zəncirinin mühüm iştirakçılarıdır və qarşılıqlı nəqliyyat bağlantılarının gücləndirilməsi regionda yükdaşımaların həcmini artıracaq.


Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "KAZAKH INVEST" Milli Şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Aytmuxammed Aldajarov, "Damu" Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Farxat Sarkeseyev, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev və "Azerconnect Group" şirkətinin baş direktorunun müavini İlqar Nəhmədov ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəşt və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzularda çıxış ediblər.


Tədbirdə Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada "KOB evi" modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb.


Tədbir çərçivəsində B2B və B2C formatında görüşlər keçirilib.

Forum çərçivəsində Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib. İclasda şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsində və biznes subyektləri arasında təmasların artmasında rolu, sahibkarlara göstərilən dəstək barədə müzakirələr aparılıb. İclasın sonunda hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən bir sıra şirkətlər qarşılıqlı işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri