Icma.az
close
up
RU
Astarada silahlı insident: 66 yaşlı kişi oğlunu güllələdi

Astarada silahlı insident: 66 yaşlı kişi oğlunu güllələdi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Astara rayonunda ata və oğul arasında yaranan mübahisə silahlı insidentlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 20-də Astara rayonunun Vaqo kəndində baş verib. 
Kənd sakini, 1959-cu il təvəllüdlü Ağaşir Hüseynov həmin gün təxminən saat 18 radələrində Vaqo kəndindəki evin həyətyanı sahəsində əkdiyi naringi ağaclarındakı meyvələri oğlu Turalın icazəsiz dərərək satmasına etiraz edib. 
Buna görə aralarında yaranmış mübahisə zamanı ata oğluna bir dəfə üz nahiyəsindən yumruqla zərbə vurub. Daha sonra yaşadığı evdə saxladığı ov tüfəngini götürərək oğluna bir dəfə atəş açıb. 
Güllə yarası alan Tural xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olmayıb. 
Hadisəni törədən A. Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü oğlu ilə arasında siqaret qoxusu səbəbindən mübahisə yaranıb: “Oğlum mənə şiddət göstərərək əl qaldırdı. Bu səbəbdən oğlumu qorxutmaq üçün onu tüfənglə vurdum. Hazırda oğlum ilə aramızda heç bir ədavət və düşmənçilik yoxdur”.
Zərərçəkmiş qismində ifadə verən T. Hüseynovun sözlərinə görə, hadisə günü evinin həyətində yoldaşı ilə birlikdə qaraj düzəldirmiş: “Həyətdən siqaret qoxusu gəldiyindən, haradan gəldiyini öyrənmək üçün yuxarı qalxdım və atamın su çəlləyinin yanında oturduğunu gördüm. Ondan nə etdiyini soruşduqda isə əsəbiləşərək yumruq atdı. Yoldaşım gəldikdən sonra atam evə getdi. Mən anama  atamın içkili olduğunu söylədim. Sonra yuxarı qalxanda atamın tüfənglə məni gözlədiyini gördüm və qaçmağa başladım. Həmin vaxt tüfənglə belimdən vuruldum. Meşəyə tərəf qaçmağa başladım. Sonradan isə yol tərəfə getdim. Yolda məni maşına mindirərək Lənkəran şəhərinə apardılar”. 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə A. Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, A. Hüseynov bundan əvvəldə oğlu Turalı güllələyib. Həmin hadisə 2020-ci ildə baş verib. Həmin dövrdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 15 iyul 2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 6 ay 16 gün vaxtından əvvəl şərti azadlığa buraxılıb və məhkumluğu ödənilməyib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 İyul 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri