Aston Martin onları işsiz qoyacaq: 54 milyon QƏNAƏT
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin maliyyə çətinlikləri fonunda kadr ixtisarına hazırlaşır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət xərclərin optimallaşdırılması məqsədilə əməkdaşlarının təxminən 20 faizini işdən azad etməyi planlaşdırır. Hazırda müəssisədə 3 minə yaxın əməkdaş çalışır.
Şirkətin yaydığı rəsmi açıqlamada bildirilib ki, 2025-ci ilin maliyyə nəticələrinə əsasən xalis zərər 363,9 milyon funt sterlinqə (491,5 milyon ABŞ dolları) yüksəlib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 289,1 milyon funt (390,3 milyon dollar) idi.
Rəhbərlik maliyyə göstəricilərindəki geriləməni əsasən bazarda tələbatın zəifləməsi və ABŞ tərəfindən tətbiq edilən idxal rüsumlarının təsiri ilə izah edir. Bu amillər satış həcminə və gəlirlərə mənfi təsir göstərib.
Şirkət hesab edir ki, planlaşdırılan ixtisarlar nəticəsində təxminən 40 milyon funt (54 milyon dollar) vəsaitə qənaət etmək mümkün olacaq. Bununla belə, işçi sayının azaldılmasının konkret vaxtı barədə hələlik detallı məlumat verilməyib.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















