Icma.az
close
up
RU
Həddindən çox yemək nədir, niyə yaranır?

Həddindən çox yemək nədir, niyə yaranır?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həddindən artıq yemək toxluq hissinə yarandıqdan sonra da yeməyə davam etməkdir. Bu zaman insan ac olmadığı halda yemək yeyir. Bu hal vərdişə çevrilərsə, çəki artımına və qidalanma pozuntularına səbəb ola bilər. Həddindən artıq yemək çox yayılmış haldır və onun bioloji səbəbləri də var. Stress zamanı orqanizm kortizol adlı hormonun daha çoxunu ifraz edir. Kortizolun artması orqanizmin “mübarizə et və ya qaç” reaksiyasının bir hissəsidir. Bu reaksiya, digər təsirlərlə yanaşı, insana qida tapmaq vaxtının çatdığını bildirir. Həmçinin şəkər, yağ və ya duzla zəngin qidalara meyli artıra bilər.

Bununla yanaşı, başqa amillər də rol oynayır. Nə qədər sürətlə yeməyiniz, nə yediyiniz, nə vaxt yediyiniz və yemək zamanı nə ilə məşğul olduğunuz həddindən artıq yeməyə təsir edə bilər. Hətta ara-sıra da olsa həddindən artıq yemək mədə ağrısına və həzmsizliyə səbəb ola, orqanizmin aclığı tənzimləmə mexanizmini dəyişdirə və çəki artımına gətirib çıxara bilər.

Həddindən artıq yedikdə mədə turşusunun qida borusuna qayıtması (reflüks), qarında köp, qaz, mədə yanması, ürəkbulanma, mədə ağrısı, yorğunluq və halsızlıq kimi əlamətlər hiss edə bilərsiniz. Əlamətlər bir gündən çox davam edərsə, onların səbəbi həddindən artıq yemək olmaya bilər. Əlamətlər güclənərsə və ya bir həftə davam edərsə, tibb işçisinə müraciət edin. Həddindən artıq yeməkdən yaranan narahatlıq bir neçə saat sonra azalmağa başlamalıdır. Yüngül fiziki hərəkət etmək və su içmək özünüzü daha tez yaxşı hiss etməyinizə kömək edə bilər.

Adətən orqanizm aclığı hormonal siqnallarla tənzimləyir. Sonuncu yeməyinizdən xeyli vaxt keçibsə, qrelin adlı hormonun səviyyəsi yüksəlir və bu, aclıq hissi yaradır. Yeməkdən sonra isə leptin hormonu toxluq siqnalı verir. Həddindən artıq yemək bu siqnalların təsirini üstələyir. Nəticədə aclığı tənzimləyən hormonların tarazlığı pozulur və insan enerji ehtiyacını qarşılamaq əvəzinə, zövq almaq üçün yeməyə daha çox meyl edir.Yeməyi dayandırdıqdan sonra təxminən 20 dəqiqə ərzində həddindən artıq yediyinizi hiss etməyə bilərsiniz. Daha sonra yorğunluq və ya mədə narahatlığı yarana bilər.

Həddindən artıq yeməyin müxtəlif səbəbləri var. Bəziləri qidanın özündən, digərləri isə yeməyin səbəbi və vaxtı ilə bağlıdır. Səbəblərdən biri emosional ehtiyacdır. Stress zamanı, əhvalınız pis olanda, yorğun, darıxmış və ya kədərli hiss etdikdə yeməyə daha çox meyilli ola bilərsiniz. Yemək beyində xoş hiss yaradan endorfinlərin ifrazına səbəb olur. Buna görə də bir çox insan üçün yemək xoş hisslərlə əlaqəlidir. İnsan özünü gərgin və ya tükənmiş hiss etdikdə yeməyə üz tuta bilər. Ac olduğu üçün deyil, özünü yaxşı hiss etmək üçün yeyəndə həddindən artıq yemək ehtimalı artır.

Sevdiyiniz yeməkləri yeməyi dayandırmaq da çətin ola bilər. Kartof fri, pizza, şokolad və dondurma həddindən artıq yeyilən qidalara nümunədir. Yüksək dərəcədə emal olunmuş qidalar da bizi çox yeməyə vadar edir. Emal prosesi və əlavə edilən dadlandırıcılar insanı zövq almaq üçün yeməyə və ac olmasa belə yeməyi davam etdirməyə sövq edə bilər.

Həddindən artıq yemək axşam saatlarında daha çox rast gəlinir. Bu vaxt insan bədənin enerji ehtiyacından çox, xoş hisslər üçün yeməyə meyilli ola bilər. Sosial mühit də həddindən artıq yeməyimizə səbəb ola bilir. Bayramlarda, ailə və dostlarla görüşlərdə yemək süfrəsi ətrafında toplaşırıq. Belə şəraitdə insanın diqqəti yayına, özünü narahat hiss edə və ya artıq ac olmasa da başqaları ilə birlikdə yemək yeyə bilər.

Restoranda, bufetdə və ya süfrəyə yeməklərin ümumi qoyulduğu ailəvi yeməklərdə daha böyük porsiyalar da çox yemək ehtimalını artırır. Müəyyən dərmanlar toxluq hissini daha çətin duymağa səbəb ola bilər. Dərman qəbulunu dəyişdikdən sonra həddindən artıq yemək müşahidə edirsinizsə, mütləq həkimlə məsləhtləşin. Premenstrual sindrom, atipik depressiya, təşviş, Prader-Villi sindromu (PWS) və Kleine-Levin sindromu kimi bəzi tibbi vəziyyətlər həddindən artıq yeməyə səbəb ola bilər.

Həddindən artıq yeməyin qarşısını necə almaq olar?

Ara-sıra həddindən artıq yemək adi hal olsa da, bu davranış orqanizmin aclığı tənzimləmə mexanizmini dəyişdirə və arzuolunmaz çəki artımına səbəb ola bilər. Həddindən artıq yeməyin əsas səbəblərindən biri onun insana xoş hisslər verməsidir. Buna görə də yeməkdən başqa, özünüzü yaxşı hiss etdirən başqa məşğuliyyətlər tapın. Alkoqol qəbul edərkən daha çox yeyirik. İstifadəni azaltmaq kömək edə bilər. Duzlu qidalardan uzaq durun, onlar şirniyyata meyli artıra bilər. Porsiyanızı daha çox tərəvəzlə zənginləşdirin, tərəvəzlər daha çox lif ehtiva edir və yeməyi yavaş-yavaş yeməyə kömək edir.

Stress hormonları aclıq və toxluq hormonlarının təsirini üstələyə bilər, ona görə stress səviyyənizi idarə edin. Yeməyi yavaş-yavaş yesəniz, boşqabınızdakı yeməyi bitirməzdən əvvəl tox olduğunuzu hiss edə bilərsiniz. Sizi çox yeməyə sövq edən amilləri və səbəbləri müəyyənləşdirin. İdman endorfinlərin ifrazına kömək edən alternativ vasitədir, daha çox hərəkətdə olun. Bayram süfrələrini günün daha erkən saatlarına planlaşdırın. Bu vaxt həddindən artıq yemək ehtimalı daha az ola bilər.

Həddindən artıq yemək ürəkbulanma və qusmaya səbəb ola bilər. İldə bir-iki dəfə həddindən artıq yemək davamlı çəki artımına səbəb olmamalıdır. Lakin bu davranış təkrarlanan vərdişə çevrilərsə, çəki artımına gətirib çıxara bilər. Həddindən artıq yeməkdən sonra narahatlıq hiss edirsinizsə, yüngül fiziki hərəkət edin və su için. Növbəti gün qəbul etdiyiniz qidanın miqdarını kəskin şəkildə azaltmayın. Acdığınız zaman diqqətlə və şüurlu şəkildə qidalanın.

Həddindən artıq yemək orqanizmin daha çox işləməsinə səbəb olur və qan axınını digər orqanlardan həzm sistemi istiqamətinə yönəldir. Bu da yorğunluq və halsızlıq yarada bilər. Həddindən artıq yeməyə meyilli olduğumuz qidalar, adətən, karbohidratlarla zəngin olur. Bu da əvvəlcə qanda şəkərin sürətlə yüksəlməsinə, sonra isə kəskin azalmasına səbəb ola bilər. Bir neçə ay ərzində həftədə bir dəfədən çox həddindən artıq yeyirsinizsə, əlamətlərinizi və qidalanma davranışınızı həkimə bildirin.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri