Icma.az
close
up
RU
“Aston Villa” 9 a, Uotkins 100 ə çatdı

“Aston Villa” 9 a, Uotkins 100 ə çatdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 16-da Avropa Liqasında (AL) 1/4 finalın cavab oyunları keçirildi. Nəticədə mərhələni adlayan 4 komanda müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, liqa mərhələsini mübarizəni 1/8 finalda dayandıran “Lion” ilə şərikli lider kimi başa vuran “Aston Villa” favorit statusunu “Bolonya”nı səfərdə 3:1 hesabıyla məğlub etməklə doğrultmuşdu. Unay Emerinin komandasının AL-də ardıcıl 8 qələbə qazanan ilk İngiltərə təmsilçisi olduğunu da xatırladaq.
Gözlənildiyi kimi, birmingemlilərin turnirdəki qələbə seriyası 9 oyuna çatdı. İngiltərə klubu ilk hissədə 3:0 hesablı üstünlük əldə etməklə cütün qalibini böyük ölçüdə müəyyənləşdirdi. Hesabı açan Uotkins “Aston Villa”nın formasında 100-cü qolunu vurdu. Ona ötürmə verən Rocers 25-ci dəqiqədə penaltini qola çevirə bilməsə də, fasilə ərəfəsində hesab arasındakı fərqi üç topa çatdırdı. İtaliyada keçirilən ilk matçda hesabı açan müdafiəçi Konsa bu dəfə son nöqtəni qoydu – 4:0.
Premyer-liqanın digər klubu da turnirdə yoluna davam edir. Favoritlərdən sayılan “Portu” ilə səfər oyununda qənaətbəxş nəticəyə (1:1) nail olan “Nottingem Forest” evdə minimal hesabla qalib gəldi. Hazırda Portuqaliyada çempionluq uğrunda mübarizəni davam etdirən qonaqlar üçün İngiltərə səfəri çox ağır keçdi. 8-ci dəqiqədə müdafiəçi Bednarek rəqibin hücumçusu Vudun ayağına zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandı. Çox keçmədən Gibbs-Uayt nottingemliləri hesabda önə keçirdi. Həlledici oyunu, demək olar ki, on nəfərlə keçirən “Portu” cavab qolunu vurmaq üçün bir neçə real imkan yaxalasa da, buna nail ola bilmədi.
İlk oyunlarda yeganə böyükhesablı qələbəni qazanan “Frayburq” əslində bu mövsüm turnirdə çox yaxşı təsir bağışlayan “Selta”nın qapısına İspaniyada da üç dəfə yol tapdı. Viqolular almaniyalılarla duellərdə yalnız təsəlli qolunu vura bildilər. “Frayburq” tarixində ilk dəfə avrokubokun yarımfinalına vəsiqə qazandı.
Bu mərhələdə diqqəti daha çox cəlb edən nəticə İspaniyanın hər iki təmsilçisinin mübarizəni dayandırması oldu. Portuqaliyada 1:1 hesabına nail olan “Betis” evdəki oyunun ilk hissəsinin ortalarına qədər ardıcıl iki qol vurarkən sevilyalıların yarımfinala adlayacağını düşünmək olardı. Lakin “Braqa” qalan vaxtda inanılmaz əzmkarlıq nümayiş etdirərək 4:2 hesablı qələbə qazandı.
1/4 final, cavab oyunları
Aston Villa (İngiltərə) - Bolonya (İtaliya) 4:0 (ilk oyun - 3:1)

Uotkins, 16. Buendiya, 26. Rocers, 39. Konsa, 89.
Aston Villa: Martines, Keş, Konsa, Pau Torres, Din, Makqinn (Beyli, 64), Tilemans (Duqlas Luis, 74), Onana (Boqarde, 78), Buendiya, Rocers (Sanço, 74), Uotkins (Abraham, 64).
Bolonya: Ravalya, Joao Mario (Zortea, 46), Kazale (Heggem, 82), Vitik, Miranda, Fröyler (Zom, 46), L.Ferqyuson, Moro, Bernardeski (Orsolini, 46), Rou, Kastro (Odqor, 76).
Nottingem Forest (İngiltərə) - Portu (Portuqaliya) 1:0 (1:1)
Gibbs-Uayt, 12.
Nottingem Forest: Orteqa, Ayna, Kunya, Murillo (Morato, 72), N.Uilyams, Ndoy (Milenkoviç, 65), İ.Sanqare, Gibbs-Uayt, Dominges, Hatçinson (Hadson-Odoi, 46/ Bakva,72), Vud (İqor Jezus, 16).
Portu: D.Koşta, A.Koşta (Froholdt, 46), Tyaqo Silva, Bednarek, Zaydu (Moura, 46), Fofana, Rosario, Veyqa (Kivyor, 46), Villiam Qomes, Moffi (Gül, 66), Sayns (Varela, 46).
Selta (İspaniya) - Frayburq (Almaniya) 1:3 (0:3)
Svedberq, 90+1 – Matanoviç, 35. Sudzuki, 39; 51.
Selta: Radu, Rueda (El-Abdellaui, 46), X.Rodriges, Laqo (Karreyra, 46), Alonso, Minqesa, Moriba (Svedberq, 46), Vesino (Alvares, 64), Cutqla, İqlesias (Aspas, 46), F.Lopes.
Frayburq: Atubolu, Troy, Ginter, Linhart (Oqbus, 71), Makenqo, Eqqeştayn, Manzambi (Höfler, 71), Beste (İrye, 83), Sudzuki, Qrifo (Şerhant, 56), Matanoviç (Höler, 56).
Betis (İspaniya) - Braqa (Portuqaliya) 2:4 (1:1)
Antoni, 13. Ezzalzuli, 26 - Pau Viktor, 38. Karvalyo, 49. Rikardo Orta, 53-p. Qorbi, 74.
Betis: Pau Lopes, Belyerin (Deossa, 77), Bartra, Lyorente, Rodriges (Qomes, 77), Amrabat, Fidalqo (Ruibal, 66), Fornals (Bakambyu, 77), Antoni (P.Qarsiya, 83), K.Ernandes, Ezzalzuli.
Braqa: Qorniçek, V.Qomes, Karvalyo (Oliveyra, 61), Laqerbilke, Arrey-Mbi (Moskardo, 20), Tıknaz (Navarro, 61), Qorbi, Rikardo Orta, Martines (Lelu, 80), Qrilliç, Pau Viktor (Moutinyo, 80).
İlk oyunları aprelin 30-da keçiriləcək yarımfinalda cütlər belə formalaşıb: Nottingem Forest - Aston Villa, Braqa – Frayburq.
Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça), Antoni (Betis) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri