Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Aston Villa”nın 9 oyunluq seriyası qırıldı

“Aston Villa”nın 9 oyunluq seriyası qırıldı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 30-da Avropa Liqasında (AL) yarımfinala start verildi. İlk oyunlar ev sahiblərinin bir top fərqli qələbələri ilə yadda qaldı.

Sözsüz, İngiltərənin iki klubu arasındakı oyun daha çox maraq doğururdu. Liqa mərhələsini mübarizəni 1/8 finalda dayandıran “Lion” ilə şərikli lider kimi başa vuran “Aston Villa” turnirin favorit statusunu daşıyır. Unay Emerinin komandası bunu AL-də ardıcıl 9 qələbə qazanan ilk İngiltərə təmsilçisi olmaqla doğrultmuşdu. Premyer-liqada çoxdan “Çempionlar Liqası zonası”nda möhkəmlənən birmingemliərin praktiki olaraq qitənin ən gəlirli klub turnirinə vəsiqəni təmin edəcəklərini proqnoz vermək olar. Onlardan fərqli olaraq “Nottingem Forest” ölkə çempionatında 2-ci diviziona düşməmək uğrunda yarışır. Buna baxmayaraq, Vitor Pereyranın çalışdırdığı komanda AL-də yoluna davam edir. Əvvəlki mərhələdə favoritlərdən sayılan “Portu” ilə gərgin mübarizədən qalib çıxan (1:1, 1:0) “meşəçilər” üçün ÇL-ə vəsiqə məhz AL-də qazanılacaq böyük qələbə ilə mümkün ola bilər. Bu səbəbdən evdə “Aston Villa”nı məğlub etmək “qırmızılar” üçün olduqca vacib idi. Maraqlı fakt kimi komandaların aprelin 12-də “Siti Qraund”da premyer-liqanın oyununda 1:1 hesabına razılaşdıqlarını da xatırladaq.
Onda ilk hissədə bir-birinin qapısına yol tapan britaniyalılar bu dəfə həmin stadionda fasiləyə qədər hesabı aça bilmədilər. Bunun əsas səbəbkarları isə qapıçılar oldular. Bu mənada Martinesi xüsusilə qeyd etməliyik. Argentinalı dünya çempionunun İqor Jezusun təhlükəli zərbəsinə reaksiyası inanılmaz oldu. İkinci hissənin əvvəlində isə Orteqa Uotkinsin sevinməsinə imkan vermədi. Nəhayət, 70-ci dəqiqədə müdafiəçi Din cərimə meydançasında topun qarşısını əli ilə aldı. Vud isə penaltini qola çevirmək şansını boşa vermədi. Qonaqların qalan vaxtda məğlubiyyətdən qaçmaq üçün etdikləri cəhdlər nəticəsiz qaldı. Çətinliklə də olsa istəklərinə çatan nottingemlilərin “Aston Villa”nın turnirdəki 9 oyunluq seriyasını qırdıqlarını xüsusi vurğulamalıyıq.
Portuqaliyada keçirilən digər oyun məhsuldar alındı. Maraqlıdı ki, yerli “Braqa” 1/4 finalda “Betis”i, “Frayburq” isə İspaniyanın digər təmsilçisi “Selta”nı mübarizədən kənarlaşdırmışdı. Tarixində ilk dəfə avrokubokun yarımfinalına vəsiqə qazanan “Frayburq” Braqadakı matçın 8-ci dəqiqəsində topu qapısında gördü: Qomesin ötürməsini Tıknaz qapının küncünə yönəltdi. Lakin bundan sonra ev sahiblərinin problemləri sıralanmağa başladı. Əvvəlcə rəqibə əks-hücum şansı verdilər və “Frayburq”un ən yaxşı bombardiri Qrifo bu komandada 108-ci qolunu vurdu. Hesab bərabərləşəndən bir neçə dəqiqə sonra “Braqa”nın kapitanı və lideri Rikardo Orta zədələnərək yerini Dorjelesə verməli oldu. Fasilə ərəfəsində Linhartın Laqerbilkeyə qarşı kobudluğuna görə təyin olunan penaltini Salasar qola çevirə bilmədi. Atubolunun seyvi qonaqlara ikinci hissəyə psixoloji cəhətdən rahat başlamaq imkanı yaratdı. Yulian Şusterin komandası fasilədən sonra böyük ölçüdə heç-heçə hesabını qorumağa çalışdı. Buna, demək olar ki, nail oldular. Lakin braqalıların qələbə istəyi qarşısında aciz qaldılar. Həlledici hissə boyunca qələbə əzmi nümayiş etdirən Karlos Visensin komandası son dəqiqələrdə Dorjelesin qolu ilə finala doğru vacib addım atdı.
yarımfinal, ilk oyunlar
Nottingem Forest (İngiltərə) - Aston Villa (İngiltərə) 1:0

Vud, 71-p.
Nottingem Forest: Orteqa, Ayna (Ebbott, 75), Milenkoviç, Morato, N.Uilyams, Dominges, Hatçinson, Anderson, Gibbs-Uayt, İqor Jezus (Yeyts, 90), Vud.
Aston Villa: Martines, Keş, Konsa, Pau Torres, Din (Maatsen, 78), Makqinn (Duqlas Luis, 78), Tilemans, Onana (Boqarde, 55), Rocers, Buendiya (Sanço, 78), Uotkins.
Braqa (Portuqaliya) - Frayburq (Almaniya) 2:1
Tıknaz, 8. Dorjeles, 90+2 – Qrifo, 16.
Braqa: Qorniçek, V.Qomes, Karvalyo, Oliveyra, Laqerbilke, Tıknaz, Qorbi, Moutinyo, Salasar (Navarro, 72), Rikardo Orta (Dorjeles, 25), Pau Viktor.
Frayburq: Atubolu, Troy, Ginter, Linhart, Makenqo, Eqqeştayn, Manzambi, Beste, Sudzuki (Höfler, 81), Qrifo (Şerhant, 81), Matanoviç.
Cavab oyunları mayın 7-də keçiriləcək.
Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça), Antoni (Betis) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri