Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Aston Villa” ilə “Nottingem Forest”in ÇL arzusu çin olmadı

“Aston Villa” ilə “Nottingem Forest”in ÇL arzusu çin olmadı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Premyer-liqada daha bir cəlbedici mövsüm başa çatdı.

"Football-plus.az" xəbər verir ki, son tura qədər hansı komandaların “ÇL zonası”nda yer alacağı bəlli deyildi.
Ondan başlayaq ki, yeni çempion “Liperpul” mövsümü “Kristal Pelas”la heç-heçə ilə başa vurdu. “Arsenal” səfərdə miskin “Sauthempton”un öhdəsindən gəldi. Səfərdə “Fulhem” üzərində inamlı qələbə qazanan “Mançester Siti” 3-cü yeri və ÇL-ə vəsiqəni təmin etdi. 4-cü yer “Nottingem Forest”ə qalib gələn “Çelsi”nin oldu. ÇL-ə son vəsiqə “Nyukasl”a çatdı. “Sağsağanlar” “Everton”a uduzsalar da, ilk “5-lik”də qaldılar. “Aston Villa” da burda ola bilərdi, sadəcə, birmingemlilər özləri üçün çox vacib oyunda “Mançester Yunayted”ə uduzdular.
MS mövsümü qələbə ilə bitirdi. Qvardiolanın komandası “Fulhem”in qonağı idi. Rəqiblər ilk 20 dəqiqəni “kəşfiyyata həsr etdi”. Amma 21-ci dəqiqədə “şəhərlilər” irəli çıxdı. Gündoğan yaxın məsafədən “qayçı” zərbəsi ilə fərqləndi. 5 dəqiqə sonra “bağbanlar” hesabı bərabərləşdirməyə yaxın oldu. Ancaq Ederson Uilsonun zərbəsinin öhdəsindən gəldi. 2-ci hissənin əvvəlində - Pereyranın zərbəsi zamanı da Ederson komandasını xilas etdi. Bundan sonra oyun sakitləşdi. 72-ci dəqiqədə mançesterlilər fərqi artırdı. Gündoğanın qazandığı penaltini Holann qola çevirdi. Ederson “bağbanlar”ın təsəlli qolunu vurmasına da imkan vermədi. Beləliklə, “Siti” heç də uğurlu olmayan mövsümü 3-cü yerdə başa vurdu.
MY-nin qonağı olan “Aston Villa” mövsümü ilk “5-lik”də bitirmək imkanını qaçırdı. Mövsümü boşa verən meydan sahibləri, heç olmasa, son ev oyununda azarkeşlərin könlünü almaq istəyirdi. Dəfələrlə komandasını real qoldan xilas edən Martines fasilə ərəfəsində birmingemliləri çətin vəziyyətdə qoydu. Belə ki, uzatma dəqiqələrində Heylunnun hesabı açmasına mane olan argentinalı qapıçı onu cərimə meydançasından kənarda hokkey üslubunda yerə sərdi. Hakim birbaşa qırmızı vərəqə ilə qapıçını meydandan qovdu. 2-ci hissənin əvvəlində Heylunnun qolu ofsayd üzündən sayılmadı, Kazemiro topu dirəyə vurdu.
73-cü dəqiqədə çox şübhəli epizod yaşandı. Bayındır topu yaxşı saxlaya bilmədi, belədə Rocers onu boş qapıya göndərdi. Amma hakimlər qonaqların yarımmüdafiəçisinin hücum zamanı fol etdiyini bildirib, qolu qeydə almadı. Cəmi 3 dəqiqə sonra mankunianlar, daha dəqiqi, Dyallo hesabı açdı. 87-ci dəqiqədə isə Eriksen penaltini dəqiq yerinə yetirməklə oyunda son nöqtəni qoydu. “Aston Villa” Avropa Liqasında oynamalı olacaq.
“Nottingem Forest” də ÇL-də olmayacaq. “Çelsi”ni qəbul edən “meşəçilər” ilk yarıda daha yaxşı təsir bağışladı. Andersonun uzaqdan zərbəsində dəqiqlik çatmadı, Vud fasilə ərəfəsində topu qapının üstündən vurdu. Belədə “vurmayana vurarlar” prinsipi işə düşdü. 50-ci dəqiqədə Netonun asmasını Koluill qolla tamamladı. “Meşəçilər” sona qədər hesabı dəyişməyə çalışsalar da, heç nə alınmadı. Bu isə o deməkdi, onlar növbəti mövsüm Konfrans, “Çelsi” Çempionlar Liqasında oynayacaq.
“Liverpul”la “Kristal Pelas” qalibi müəyyənləşdirə bilmədi. Oyuna daha yaxşı başlayan londonlular artıq 9-cu dəqiqədə hesabı açdı. Seneqallı Sarr fərqləndi. 2-ci hissədə “Liverpul” daha yaxşı təsir bağışladı. Ancaq “qırmızılar” 68-ci dəqiqədə Qravenberxin “qırmızı”sı üzündən azlıqda qaldı. Maraqlıdı ki, azlıqda qalan meydan sahibləri bir qədər də fəallaşdı. 76-cı dəqiqədə Jotanın zərbəsi dirəkdən döndü. Nəhayət, 84-cü dəqiqədə hesab bərabərləşdi. Salah mövsümdəki sonuncu – 29-cu qolunu vurdu.
Evdə “Everton”a uduzan “Nyukasl” da az qala ÇL-dən kənarda qalacaqdı. Liverpullular meydana qələbə üçün çıxdığını ilk dəqiqələrdən göstərdilər. Xüsusən də 2-ci hissənin əvvəlində Poupun qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi. Nəhayət, 65-ci dəqiqədə Alkaras qonaqları irəli çıxardı. “Sağsağanlar” qoldan sonra böyük qüvvə ilə irəli atılsa da, məğlubiyyətdən qaça bilmədi. Bununla belə, hesab dəyişmədi. “Nyukasl” uduzmasına baxmayaraq, ÇL-ə vəsiqə qazandı.
Bir neçə gün əvvəl AL-in qalibi olan “Tottenhem” son oyunda acınacaqlı məğlubiyyətlə üzləşdi.
“Brayton”u qəbul edən “mahmızlar” 17-ci dəqiqədə hesabı açandan sonra işini bitmiş saydı. Fasilədən sonra meydanda yalnız “Brayton” var idi. “Qağayılar” ardıcıl qollarla rəqibi darmadağın etdi.
“Arsenal” da mövsümdəki son oyununda əziyyət çəkdi. Tirni 43-cü dəqiqədə “topçular”ı irəli çıxarsa da, Stüart fasilədən az sonra “Sauthempton”un bərabərlik qolunu vurdu. Amma sona cəmi 1 dəqiqə qalmış Edeqor qonaqlara qələbə qazandırdı. “Bornmut” evdə Semenyonun dublu sayəsində “Lester”i məğlub etdi. “Vulverhempton” – “Brentford” oyunu heç-heçə bitdi.
38-ci tur
Liverpul – Kristal Pelas 1:1

Salah, 85 – Sarr, 9. (60382)
Liverpul: Alisson, Bredli (Aleksander-Arnold, 46), Konate (Jota, 62), Van Diyk, Robertson (Elliott, 85), Qravenberx, Soboslai (Nunyes, 61), Salah, Cons, Qakpo, Dias (Endo, 69).
Sauthempton – Arsenal 1:2
Stüart, 56 – Tirni, 43. Edeqor, 89. (31289)
Arsenal: Rayya, Parti, Uayt, Kivyor, Tirni (Trossar, 63), Merino, Rays, Zinçenko (Lüis-Skelli, 70), Nvaneri (Edeqor, 75), Martinelli (Haverts, 71), Sterlinq (Saka, 63).
Fulhem – Mançester Siti 0:2
Gündoğan, 21. Holann, 72-p. (27671)
MS: Ederson, Nunyeş, Diaş, Akanci, Qvardiol, Niko, Gündoğan (De Bruyne, 85), B.Silva, Marmuş (Foden, 82), Dokyu (Savinyo, 74), Holann (Eçeverri, 85).
Nottingem Forest – Çelsi 0:1
Koluill, 50. (30263)
Çelsi: Sançes, Ceyms, Adarabioyo, Koluill, Kukurelya, Fernandes, Kaysedo, Madueke (Dyusberi-Holl, 86), Palmer, Sanço (Lavia, 61), Neto (Hüsto, 78).
Mançester Yunayted – Aston Villa 2:0
Dyallo, 76. Eriksen, 87-p. (73839)
MY: Bayındır, Lindelöf, Maquayr, Heven (Evans, 66), Mazraui (Dalot, 20), Fernandeş, Kazemiro, Dorqu, Dyallo, Maunt (Eriksen, 66), Heylunn (Obi-Martin, 81).
Tottenhem – Brayton 1:4
Solanke, 17-p. – Hinşelvud, 51; 64. O’Rayli, 88-p. Qomes, 90+4. (61449)
Tottenhem: Vikario, Porro, Danso, Van de Ven (Devis, 66), Udoci, Bentankur (Bissuma, 66), Qrey, Conson, Sarr (Odober, 46), Tel (Spens, 83), Solanke (Rişarlison, 66).
Bornmut – Lester 2:0
Semenyo, 74; 88. (11238)
İspviç – Vest Hem 1:3
Brodhed, 52 – Uord-Prouz, 43. Bouen, 55. Kudus, 87. (29771)
Nyukasl – Everton 0:1
Alkaras, 65. (52221)
Vulverhempton – Brentford 1:1
Munetsi, 71 – Mbemo, 20.
Yekun cədvəl
1. Liverpul 38 25 9 4 86-41 84
2. Arsenal 38 20 14 4 69-34 74
3. Mançester S. 38 21 8 9 72-44 71
4. Çelsi 38 20 9 9 64-43 69
5. Nyukasl 38 20 6 12 68-47 66
6. Aston Villa 38 19 9 10 58-51 66
7. Nottingem F. 38 19 8 11 58-46 65
8. Brayton 38 16 13 9 66-59 61
9. Bornmut 38 15 11 12 58-46 56
10. Brentford 38 16 8 14 66-57 56
11. Fulhem 38 15 9 14 54-54 54
12. Kristal Pelas 38 13 14 11 51-51 53
13. Everton 38 11 15 12 42-44 48
14. Vest Hem 38 11 10 17 46-62 43
15. Mançester Y. 38 11 9 18 44-54 42
16. Vulverhempton 38 12 6 20 54-69 42
17. Tottenhem 38 11 5 22 64-65 38
18. Lester 38 6 7 25 33-80 25
19. İpsviç 38 4 10 24 36-82 22
20. Sauthempton 38 2 6 30 26-86 12
Bombardirlər: Salah (Liverpul) - 29, İsak (Nyukasl) – 23, Holann (MS) – 22, Vud (Nottingem Forest), Mbemo (Brentford) – 20.
Turun rəqəmi
47 – Salah premyer-liqanın bir mövsümü ərzində məhsuldar hərəkətlərin sayına görə rekordu təkrlardı. “Luverpul”un misirli ulduzu başa çatan mövsümdə 29 qol vurdu, 18 məhsuldar ötürmə verdi (38 oyunda). Salah Endi Kolulla (1993/94) Alan Şirerin (1994/95) rekordunu təkrarladı. Düzdü, həmin mövsümlər 42 turdan ibarət olub.
Turun ulduzu
Levi Koluill (Çelsi) – “zədəganlar” məhz bu müdafiəçinin vurduğu qolla qələbə qazanaraq ÇL-ə vəsiqəni təmin etdi. Üstəlik Levi müdafiə xəttində də vəzifəsinin öhdəsindən layiqincə gəldi.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Bu mövsümə görə üzr istəyirəm. Mənə və komandaya görə məyus olduğunuzu bilirəm. Verdiyiniz dəstəyə görə minnətdaram. İndi seçim etməliyik, yoxsa keçmişdə qalacağıq. Bu mövsüm bitdi. İndi ya bir-birimizlə savaşmalı, ya da birlikdə irəli hərəkət etməliyik. Altı ay əvvəl demişdim ki, qasırğa yaxınlaşır. Bu gün – faciəvi mövsümdən sonra demək istəyirəm ki, yaxşı günlər gələcək”.


Faktlar
* “Liverpul” mövsümü 84, MY isə 42 xalla bitirdi. Bu komandalar arasında indiyə qədər heç vaxt mövsümün sonunda 42 xal fərqi olmamışdı. “Liverpul”la “Yunayted”in çempionluq sayının bərabər (20) olduğunu da xatırladaq.
* Premyer-liqa tarixində 3-cü dəfə hansısa oyunun start heyətində heç bir ingilis futbolçu görünmədi. Söhbət 38-ci turun “Fulhem” – “Mançester Siti” oyunundan gedir. 2009-cu ilin dekabrında “Portsmut”la “Arsenal”, 2019-un yanvarında isə “Arsenal” ilə “Çelsi” arasındakı oyunda da belə olmuşdu.
* MS Qvardiola dönəmində premyer-liqada 3-cü pillədən aşağı düşməyib. Son 9 mövsümdə komandanı adı çəkilən mütəxəssis çalışdırıb. Bu müddətdə “şəhərlilər” 6 dəfə ölkə çempionu olub.
* Salah həm mövsümün bombardiri, həm də assistenti oldu. 29 qolla yanaşı, 18 məhsuldar ötürmə də ən yüksək nəticədi. Salah premyer-liqada həm bombardir, həm ən yaxşı assistent, həm də mövsümün oyunçusu olan ilk futbolçudu.
* Mövsümü 17-ci yerdə bitirən “Tottenhem” AL-dəki qələbə sayəsində ÇL-in növbəti mövsümündə oynaya biləcək. Bu isə antirekorddu. Əvvəllər heç vaxt çempionatda belə aşağı yerdə qərarlaşan komanda ÇL-ə vəsiqə qazanmayıb. 2022-ci ildə bundesliqada 11-ci olan “Ayntraxt” da AL-i qazanmışdı. 2023-də isə “Sevilya” La Liqada 12-ci yeri tutsa da, ÇL-ə adladı – yenə də AL-i qazanmaq sayəsində.
* “Liverpul” aprelin 27-dən – çempionluğu təmin edəndən sonra çempionatda keçirdiyi 4 oyunun heç birində qələbə qazanmadı. Slotun komandası son turda evdə “Kristal Pelas”la heç-heçə etdi. “Qırmızılar” buna qədər “Çelsi” (1:3) ilə “Brayton”a (2:3) uduzmuş, “Arsenal”la heç-heçə (2:2) oynamışdı.
* “Çelsi” son mövsümü ən gənc heyətlə keçirən komandadı. “Zadəganlar”ın 2024/25 mövsümündə meydana çıxan heyətinin orta yaşı 24 il 36 gün olub ki, bu da premyer-liqanın rekordudu.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Titullar uğrunda mübarizənin bir parçası olacağımızı düşünürdük. Və bu düşüncə mövsümün əvvəlində, bəlkə də “Mançester Yunayted” üzərindəki qələbədən sonra başladı. Ona qədər də yaxşı komandalarla qarşılaşmışdıq, ancaq həmin oyun xüsusi idi. Rəqibin ilk “6-lığ”a düşəcəyini gözləyirdik. Odu ki, “Yunayted”in stadionundakı 3:0 hesablı qələbə mənə çempionluq uğrunda mübarizə apara biləcəyimizi anlatdı. MS üzərindəki qələbədən sonra isə hiss etdim ki, heç kim bizi ötə bilməyəcək”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi: “Hər şey öz əlimizdə idi, işimizi gördük. Ağır mövsüm idi, ancaq biz təslim olmadıq. Çox sevinirəm, komanda ilə qürur duyuram. ÇL-ə vəsiqə titul qazanmağa bərabərdi. Finişə üçüncü yerdə çatdıq. “Arsenal”ın yaxınlığındayıq, ancaq “Liverpul”dan geriliyimiz böyükdü. Bir qədər də “artırmaq” lazımdı, ümid edirəm ki, bu, bizdə alınacaq”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Mövsümü pozitiv notda, yaxşı atmosferdə bitirmək istəyirdik. Bir neçə oyunçu ilə vidalaşmalı olduq, düşünürəm ki, onların gedişi xoş ab-havada keçdi. Tirni dünən dedi ki, “Arsenal”dakı son oyunumda qol vuracam. Bu gün dediyini etdi. Ondan çox razıyam. “Arsenal”ın yayla bağlı planlarına gəlincə, Coş Kronke bizim üçün istiqamətləri və ambisiyaları dəqiq müəyyənləşdirib. Nələr etməyin mümkün olduğunu gözdən keçirəcəyik. Heyətin gücləndirilməsinə o qədər də ehtiyac yoxdu. Ardıcıl 3-cü mövsümdə 2-ci yeri tutduq. Çempionlar Liqasında yarımfinala qədər irəlilədik. Bizə yalnız bəzi kiçik detalları qaydasına salmaq qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyun 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri