“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Berlin, 17 avqust, AZƏRTAC
Dünyanın tanınmış əczaçılıq şirkəti “AstraZeneca” yeni dərman preparatlarının hazırlanmasında daha bir uğursuzluqla üzləşib. Şirkət ağciyər xərçənginin müalicəsində istifadə olunması üçün nəzərdə tutulan “Volrustomig” preparatının üçüncü mərhələsinin mühüm klinik sınağını dayandırdığını açıqlayıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, şirkət bu qərarı müstəqil nəzarət komitəsinin preparatın kimyaterapiya ilə kombinasiyasının əsas hədəflərə çatma ehtimalının az olması qənaətinə gəlməsi ilə əlaqələndirib. Söhbət metastatik ağciyər xərçəngi olan xəstələrin xəstəlik irəliləmədən yaşama müddəti və ümumi sağqalma göstəricilərindən gedir.
Bu, “AstraZeneca”nın son dövrdə üzləşdiyi növbəti uğursuzluqdur. Daha əvvəl “Wainua” ürək preparatının sınağı uğursuz olmuş, ABŞ tənzimləyiciləri isə “Camizestrant” preparatının qeydiyyatını tədqiqatın dizaynı ilə bağlı səbəblərdən rədd etmişdi. “Ultomiris” dərmanı da nadir xəstəlik üzrə sınaqda əsas hədəflərə çata bilməmişdi.
Bununla belə, şirkət 2030-cu ilədək illik gəlirini 80 milyard dollara çatdırmaq planını qüvvədə saxlayır. “AstraZeneca”nın ağciyər xərçəngi ilə bağlı digər iki sınağının isə əsas hədəflərə nail olduğu açıqlanıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















