Icma.az
close
up
RU
Astrofizik Rəhim Hüseynova həsr olunmuş respublika elmi konfransı keçirilib AZƏRTAC

Astrofizik Rəhim Hüseynova həsr olunmuş respublika elmi konfransı keçirilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru professor, Əməkdar müəllim Rəhim Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Astrofiziki tədqiqatlara müasir baxış” adlı Respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilb ki, tədbirdə rektor Elçin Babayev görkəmli alim Rəhim Hüseynovun Azərbaycanın elm tarixində astrofizika sahəsi üzrə ilk elmlər namizədi və elmlər doktoru kimi özünəməxsus yeri olduğunu qeyd edib. Rektor bildirib ki, professor Rəhim Hüseynov yalnız alim kimi deyil, mükəmməl pedaqoq və elm təşkilatçısı kimi öz adını ölkəmizin elm və təhsil tarixinə yazıb. O, 1975-ci ildə BDU-da təşkil olunmuş Astrofizika kafedrasının müdiri təyin olunub, 17 il bu vəzifədə, 1992-ci ildən ömrünün sonuna qədər isə həmin kafedranın professoru vəzifəsində çalışıb. Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Professor Rəhim Hüseynovun elmi əsərləri Günəş atmosferinin radiooptik xüsusiyyətləri, Günəş alışmalarının ilk fazası və onlarda gedən dinamik proseslər, planetar dumanlıq və onların əsas parametrlərinin təyini kimi məsələlərə həsr olunub. O, ilk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rolu barədə hipotez irəli sürüb. Planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsullarını işləyib.

Sonra professor Rəhim Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, professor Rəhim Hüseynov 170-dən artıq elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün “Astronomiya” dərsliklərinin və “Azərbaycanca-rusca-ingiliscə astronomiya lüğəti”nin müəllifi olub.

Onun 1997-ci ildə yazdığı “Astronomiya” və 2010-cu ildə yazdığı “Ümumi astrofizika“ dərslikləri bu gün də müəllim və tələbələrin stolüstü kitabıdır.

Tədbirdə digər çıxışçılar da görkəmli alimin elm və təhsil tariximizdə, ölkədə astrofizika elminin inkişafında rolundan danışıb, xatirələrini bölüşüblər.

Konfransın plenar iclasında isə BDU-nun dosentləri Xıdır Mikayılov “Azərbaycanda müşahidə astrofizikasının müasir cihazları”, Bayram Rüstəmov isə “Qoşa ulduz sistemlərinin tədqiqinin ulduzların yaranması və təkamülünün öyrənilməsində rolu” mövzularında məruzə ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri