Icma.az
close
up
RU
Professor Abuzər Xələfova həsr olunmuş elmi seminar keçirilib AZƏRTAC

Professor Abuzər Xələfova həsr olunmuş elmi seminar keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində ölkəmizdə kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli Abuzər Xələfova həsr olunmuş elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov “Professor Abuzər Xələfovun elmi tədqiqatlarının metodologiyası” mövzusunda məruzə edib.

Məruzədə kitabxanaşünas alim Abuzər Xələfovun ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında xidmətlərindən bəhs olunub. Bildirilib ki, professor Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib, alim uzun müddət fakültənin dekanı və kafedra müdiri vəzifələrində çalışıb. Elçin Əhmədov alimin 500-ə yaxın əsərinin, o cümlədən fundamental monoqrafiyalarının, dərslik və dərs vəsaitlərinin çap olunduğunu qeyd edib. O, professor Abuzər Xələfovun xidmətlərinin Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görüldüyünü diqqətə çatdırıb.

Məruzədə professor Abuzər Xələfovun elmi irsi geniş şərh olunub, alimin kitabxana-informasiya fəaliyyəti sahəsində elmi tədqiqatlarının əhəmiyyəti arxiv sənədləri, mənbələr əsasında diqqətə çatdırılıb.

Kafedra müdiri Nadir İsmayılov, dosentlər Azad Qurbanov, Pərviz Kazimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov çıxışlarında məruzə barədə fikirlərini bildirib, professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər. Alimin nəvəsi, İnformasiya və sənəd menecmenti fakültəsinin I kurs tələbəsi Zeynəb Xələfova babasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə elmi seminarın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Sonda professor Abuzər Xələfova həsr olunmuş videoçarx nümayiş etdirilib, fakültənin ən yüksək təhsil göstəricisinə malik tələbəsi Məkkə İsmayılovaya “Abuzər Xələfov mükafatı” təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri