Icma.az
close
up
RU
Professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib KONKRET

Professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakı Dövlət Universitetində (BDU) professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş “Nəzəriyyədən praktikaya” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransda çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov professor Əkbər Bayramovun həm elmi, həm də pedaqoji fəaliyyəti ilə Azərbaycan psixologiya elminə mühüm töhfələr vermiş görkəmli alim olduğunu deyib. Bildirib ki, onun tədqiqatları hüquqi psixologiya, etnik psixologiya, pedaqoji və sosial psixologiya sahələrini əhatə edib, çoxsaylı monoqrafiya və elmi əsərləri ilə ölkəmizdə elmi fikrin inkişafına xidmət göstərib: “Əkbər müəllimin tədqiqatları, xüsusilə hüquqi və etnik psixologiya sahəsində aparılmış araşdırmaları bu gün də aktualdır. Hüquqi psixologiya sahəsində kadr potensialının zəif olduğu bir vaxtda, o bu sahədə tədqiqatlar aparmaqla gələcək nəsillər üçün möhkəm təməl yaradıb. Professor Əkbər Bayramovun zəngin irsi gələcək nəsillər üçün yol göstərici olacaq. Bu gün keçirilən konfransın əsas məqsədi də yalnız xatırlamaq deyil, yeni nəsli bu dəyərli ziyalı ilə tanış etmək, onun ideyalarının davamçılarını formalaşdırmaqdır. Qoy bu böyük alimin xatirəsi daim yaşasın”.

Sonra professor Əkbər Bayramovun həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov qeyd edib ki, professor Əkbər Bayramovun elmi irsi psixoloji tədqiqatlarda fundamental əhəmiyyətə malikdir. Onun apardığı araşdırmalar xüsusilə təfəkkür müstəqilliyinin, tənqidiliyin və iradi müstəqilliyin insan inkişafında rolu ilə bağlı aktual yanaşmalar təqdim edir. Bu baxımdan onun yaratdığı elmi məktəb sistemli və çoxşaxəli tədqiqat istiqamətləri ilə seçilir. Əkbər müəllimin rəhbərliyi altında aparılan elmi işlərdə təfəkkür müstəqilliyi təkcə biliyin sərbəst şəkildə tətbiqi deyil, eyni zamanda, iradi və tənqidi bacarıqların vəhdəti kimi qiymətləndirilib. Onun monoqrafiyaları, məqalələri, rəhbərlik etdiyi dissertasiya işləri yalnız elmi dəyəri ilə deyil, həm də pedaqoji praktikaya yönəlməsi ilə mühüm əhəmiyyət daşıyır. Bu tədqiqatlarda “təfəkkür müstəqilliyinin genetik kodları” ifadəsi məhz təsadüfi deyil – bu, dərin elmi baxışın nəticəsidir. Əkbər Bayramov həm də böyük şəxsiyyət idi. O, yalnız bir alim deyil, həm də insan yetişdirən müdrik bir pedaqoq idi”.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputat Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov, BDU-nun Psixologiya kafedrasının müdiri professor Səxavət Əliyeva, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova, Pedaqogika kafedrasının müdiri professor Ləzifə Qasımova, professor Hikmət Əlizadə və professor Əkbər Bayramovun ailəsi adından kafedranın müəllimi Nigar Nəsirova alimlə bağlı xatirələrindən söz açıblar, onun sosial elmlər istiqamətində verdiyi töhfələrin daim tədqiq ediləcəyini bildiriblər.

https://azertag.az/xeber/professor_ekber_bayramovun_95_illik_yubileyine_hesr_olunmus_respublika_elmi_konfransi_kechirilib-3880871

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri