Icma.az
close
up
RU
Astrologiyanı biznesə çevirənlərə cavab: “Elmi yol seçdim” Aytən Salami ilə EKSKLÜZİV

Astrologiyanı biznesə çevirənlərə cavab: “Elmi yol seçdim” Aytən Salami ilə EKSKLÜZİV

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Astrologiya elmi barədə heç bir təhsili olmadan TikTok açıb xeyli sayda insanları cəlb edib pul qazanırlar. Bir neçəsini dinlədim, sanki fala baxırmış kimi şərh edirlər. İnsanlar da inanıb TikTok-da bu saxta astroloqlara pul atırlar. Yəni, sırf maddiyyat üçün insanların Bürc inamından sui-istifadə edirlər.

Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən azərbaycanlı astroloq Aytən Salami bildirib ki, bu sahədə vəziyyət acınacaqlıdır:

“Yaralı yerimə toxundunuz. Təəssüf ki, belədir. Azərbaycanda astrologiya ilə məşğul olduğunu iddia edənlərin 99 faizi bu elmdən heç bir anlayışı olmayan insanlardır. Məsələn, onlara “Cənub və Şimal Ay düyümü nədir və tutulmalar bu nöqtələrdə niyə baş verir?” sualını versəm, ya da “Dolunayla tutulma arasındakı astronomik fərq nədir?” desəm, cavab verə bilməzlər. Çünki nə astronomiyadan, nə də riyazi hesablamalardan xəbərləri var”.

Aytən Salami TikTok platformasında astrologiya adı altında fəaliyyət göstərən şəxslərə də sərt münasibət bildirib:

“Yaşlı bir şəxslə dəfələrlə məni efirə çağırıb qarşı-qarşıya qoyublar. Amma təəssüflər olsun ki, o insanın astrologiyanın ‘A’sından belə xəbəri yoxdur. Sadəcə “bu bürclər evlənməlidir” , “bu bürclər bədbəxt olacaq” kimi əsassız və cahil fikirlər səsləndirirlər.”

O qeyd edir ki, bu sahədə savadlı astroloqları tanımaq çətin deyil:

“Əgər kimsə doğum xəritəsi təhlili edə bilirsə, sabit ulduzlar, planetlər, onların hərəkəti və təsiri barədə məlumatlıdırsa, Yeni Ayla Günəş tutulması arasındakı fərqi elmi və astronomik əsaslarla izah edə bilirsə – deməli, bu insan həqiqətən astroloqdur. Yoxsa, sadəcə bürclər haqqında səthi danışanların dedikləri elmi əsası olmayan, kommersiya məqsədi güdən boş sözlərdir”.

Aytən Salami elmi astrologiyanın Azərbaycanda təbliğinə çalışdığını bildirir:

“Məqsədim insanları aldatmaq deyil. Bu sahəni kommersiya yox, akademik əsaslarla inkişaf etdirmək istəyirəm. Artıq bir kitabım çap olunub, ikinci kitab üzərində işləyirəm. TikTok-da fəaliyyət göstərmirəm və orada səhifə açmağı düşünmürəm. Çünki oradakı kütlənin səviyyəsindən ehtiyat edirəm. Məni izləyənlər elmi astrologiyaya maraq göstərən insanlardır”.

O əlavə edib ki, bu yolda irəliləmək çətin olsa da, düzgün yolda olduğunu düşünür:

“Bəli, mənim yolum çətindir, çünki mən işin elmi tərəfini seçmişəm. Amma işimi sevirəm və bu işi dürüst şəkildə davam etdirməyə qərarlıyım. Hazırda 45-dən çox tələbəm var. Onları yetişdirirəm və yaxın gələcəkdə astroloji məktəb açmağı planlaşdırıram. Düşünürəm ki, zamanla insanlar doğru ilə yanlışı ayırd edə biləcəklər. Sadəcə bir az zaman lazımdır”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri