Icma.az
close
up
RU
Ata araba sürdü, oğul imperiya qurdu FOTOLAR

Ata araba sürdü, oğul imperiya qurdu FOTOLAR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun fəaliyyətinə nəzər saldıq. Dostları, qohumları Mübariz Mənsimovla bağlı xatirələrini bölüşüb, onunla bağlı maraqlı faktları açıqladılar.

Gununsesi.info HafizTimes.com-a istinadən Mübariz Mənsimovun doğma Miyankü kəndindən reportajı təqdim edir:

İş adamının yaxın dostu, Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Cəlil Nəzərov  bildirib ki, Mübariz Mənsimov böyük biznesə sahib olsa da çox sadə insandır.

“Mübariz vətənə bağlı bir insandır. O, əsil azərbaycanlıdır. Biz tez-tez görüşürük. Həmişə mənə deyir ki, onu bu regionun ən savadlı insanları ilə tanış edim. Mübariz regiondakı uşaqların savadlı olmaları üçün əlindən gələni etməyə hazırdır.

İlk dəfə o, 2008-ci ildə bizim xəstəxanaya 95 min dollarlıq vəsait ayırdı. Mən Türkiyədə olan zaman Mübariz İstanbul Universitetinin Tibb Fakültəsi ilə danışdı. Nəticədə bizim xəstəxananın 20-yə yaxın işçisi orada kurs keçdilər”.

Dostu deyir ki, Mübariz Mənsimovun iki oğlu var. O, çox yaxşı atadır. Övladları ilə bağlı çox gözəl planları var. O, uşaqlarının təhsilli və savadlı olmasını istəyir. Uşaqlar hələ balacadırlar.

1968-ci ildə Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. Məşhur azərbaycanlının fəaliyyəti ilə bağlı Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov da danışıb. O, direktoru olduğu məktəbin M. Mənsimovun vəsaiti ilə tikildiyini söyləyib:

“Məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Mübariz müəllimin vəsaiti hesabına tikilib. Mübariz müəllim kəndimizin fəxridir”.

X. Tahirov M. Mənsimovun doğma kəndi üçün gördüyü işlərdən söhbət açıb:

“O, kəndimiz üçün yol saldırıb, qaz çəkdirib, məscid tikdirib. Mübariz müəllim imkansız adamlara kömək edir. O, bizim məktəbə gəlir və problemlərimizlə maraqlanır. O, günün 20 saatını təyyarədə keçirir. Türkiyədən məktəbə çəkiliş qrupları göndərir. Buradakı vəziyyətlə maraqlanır. “Xəzər-Lənkəran” klubu və “Palmali” şirkəti haqqında çəkilən filmlərdə də məktəbimizin kadrları yer alıb. Mübariz müəllimin atası və anası kənddə olanda tez-tez məktəbə gəlirlər. Qardaşı Mais müəllim də kəndə gələndə bizimlə maraqlanır”.

Müsahibimiz cənublu milyarderlə bağlı xatirələrini də bölüşüb:

“Mübariz müəllimlə ilk dəfə hələ məktəb tikilməmişdən öncə görüşmüşəm. Onunla məktəbin tikiləcəyi yerə getdik və söhbət elədik. Hələ o vaxtlar Mübarizin planları çox idi. O, indi Türkiyədədir. Bura tez-tez gələ bilmir.

Mübariz heç dəyişməyib. O, illər keçməsinə baxmayaraq, hələ də çox cavandır. Mübariz erməniləri heç sevmir. Ermənilər həmişə ona qarşı təxribat işlədiblər. Onun ailəsindən də çoxlu şəhid çıxıb.

(Mübariz Mənsimov atası ilə birlikdə)

Məktəbimizin adını daşıdığı şəhid Nadir Aslanov Mübariz müəllimin doğma əmisi oğludur. O, hətta Mübariz İbrahimovun nəşinin geri alınması üçün ermənilərə çox yüksək məbləğdə pul da təklif etmişdi. Şükür Allaha dövlət başçısının səyi nəticəsində onun nəşi ölkəmizə gətirildi”.

X.Tahirov bildirib ki, Mübariz Mənsimov kəndə gələndə hamı ilə maraqlanır, imkansız ailələrə pul verir.

“Bir dəfə görüş zamanı kənd sakinlərindən biri ona imkansızlıq səbəbindən traxtorlarını satdıqlarını dedi. O, isə texnikanı satmağın kəndimiz üçün çox pis hal olduğunu söylədi. Mübariz müəllim sakinlərə hər zaman kömək edə biləcəyini dedi. Sonra o, bizə kömək etdi və bütün işlər qaydasına düşdü.

(Mübariz Mənsimovun Miyankü kəndindəki ata yurdu)

Mübariz Mənsimov Allahı sevir. O vətəninə, dinə sadiqdir. Vətənpərvər bir oğlandır. Mübariz Bakıda təhsil alıb. O, yay aylarında kəndə gəlir. Meşəyə, dənizə gedir. At belində gəzməyi çox sevir. Mübariz həmişə kəndimizdəki yaylaqda at sürür”.

Miyankü məktəbinin direktoru həmçinin M. Mənsimovun ailəsindən də söhbət açıb. O, azərbaycanlı milyarderin atası Qurban Mənsimovla bağlı xoş xatirələrini bölüşüb:

“Mübarizin atası Qurban kişi və mənim rəhmətlik atamın keçmişdə öküz arabaları var idi. Onlar araba sürürdülər. Mən uşaq olanda Mübarizin atasıgilin vəziyyətinin çox ağır olduğunu görürdüm, güclə dolanırdılar. Qurban əminin heç bir ali təhsili yoxdur. O vaxtı hamı kimi Qurban əmi də savadsız idi. Amma onun biliyə, savada və öyrənməyə qarşı həvəsi həddindən çox idi. İndi əmi ilə danışanda onun yüksək savada malik olduğu hiss edilir. Onun çox yüksək dünyagörüşü var. Qurban əmi ilə indi söhbət edən zaman onun kənd adamı olduğu hiss olunmur.

Keçmişdə kəndimizdə çəltik becərərdilər. Qurban əmi öz kəl arabası ilə camaatı daşıyardı. O vaxtlar maşın yox idi. Həmin arabalar nəqliyyat vasitəsi kimi istifadə olunardı. Qurban əmigil çox kasıb idilər. Onlar vəziyyətlərini düzəltmək üçün Bakıya köçdülər. O, dəniz limanında fəhlə kimi işləyirdi. Daha sonra orada ev aldılar, uşaqları dünyaya gəldi. Qurban əminin 3 oğlu və 6 qızı var. İndi o, kəndə gələndə həmişə məktəbin yanındakı çayxanada oturur. Bizi yanına çağırıb, söhbətləşir”.

(Mübariz Mənsimovun doğma kəndi Miyankü)

Direktorun sözlərinə görə, Qurban Mənsimovun hazırda səhhətində müəyyən problemlər yaranıb:

“Qurban əminin indi ürəyində və gözlərində müəyyən problemlər var. O, Türkiyədə müalicə olunur. Əminin 80-nə yaxın yaşı var. O, yayda kəndə gəlir. Kənddəki yaşıdları ilə söhbət edən zaman tez-tez keçmişdə araba sürdüyü vaxtlardan söhbət açır. Söhbət zamanı o, heç kəsdən çəkinmədiyini və keçmişdə araba sürdüyünü deyir. Qurban əmi heç nəyi gizlətmir. Hər şeyi açıq-aşkar danışır. Mübarizin atası uşaqdan böyüyə qədər hər kəslə öz dili ilə danışır, heç kəsə yuxarıdan aşağı baxmır”.

(Mübariz Mənsimov valideynləri ilə birlikdə)

Qeyd edək ki, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır.

Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır.

“Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür. Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibləri ilə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir.

Mübariz Mənsimov “PalMedia” adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə “Pal FM” radiosu və “Palhaber” adlı xəbər portalı da qurub. Milyarderin həyat yoldaşı abxaz əsilli Tamara Mənsimovadır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Mart 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri