Pentagonun UNO sirri açıldı: UNO yalanları bunun üçün yayılıb
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ mətbuatı Pentaqon rəsmilərinin UNO (uçan naməlum obyektlər) və yadplanetlilərlə bağlı bəzi iddiaları özlərinin yayaraq gücləndirdiyini üzə çıxarıb.
Lent.az xəbər verir ki, məqsəd əslində mövcud olan gizli silah proqramlarını ört-basdır etmək olub.
“The Wall Street Journal”ın araşdırmasına görə, bu dezinformasiya kampaniyasının izləri 1980-ci illərə gedib çıxır. Həmin dövrdə ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasındakı məxfi “51-ci zona”nın yaxınlığında yerləşən bara uçan boşqablara bənzər obyektlərin saxta fotolarını verib. Fotolar əsasında ABŞ ordusunun yadplanetli texnologiyaları sınaqdan keçirdiyi barədə şayiələr yayılıb.
Lakin sonradan məlum olub ki, fotoların yayılması məqsədli dezinformasiya əməliyyatının bir hissəsi imiş. Polkovnik 2023-cü ildə Pentaqonda araşdırma aparan şəxslərə bunu etiraf edib. Əslində, “51-ci zona”da ABŞ Hərbi Hava Qüvvələri Sovet İttifaqına qarşı üstünlük əldə etmək məqsədilə məxfi “F-117” döyüş təyyarələrini hazırlayırmış. Hərbçilər sınaq uçuşlarının yerli sakinlər tərəfindən görülməsinin proqramı ifşa edə biləcəyindən ehtiyat edərək insanların təyyarələri UNO hesab etməsinə şərait yaradıblar.
Araşdırmada bildirilir ki, ABŞ rəsmiləri bənzər üsullardan 1950-ci illərdən etibarən istifadə ediblər. Bəzi hallarda UNO-larla bağlı şayiələrin yayılmasına milli təhlükəsizlik maraqları naminə icazə verilib. Məqsədlərdən biri də Sovet İttifaqının ABŞ-ın nüvə obyektlərinin zəif tərəflərini müəyyənləşdirməsinin qarşısını almaq olub.
Hazırda araşdırma aparan şəxslər bu dezinformasiya fəaliyyətinin ayrı-ayrı hərbi komandirlərin təşəbbüsü, yoxsa mərkəzləşdirilmiş dövlət proqramının tərkib hissəsi olduğunu müəyyənləşdirməyə çalışırlar.
Baxış sayı:52
Bu xəbər 16 Noyabr 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















