Icma.az
close
up
RU
“Ata, Rafiqi deşik deşik elədim” Qız atasını öldürən ərini niyə bağışladı? TƏFƏRRÜAT

“Ata, Rafiqi deşik deşik elədim” Qız atasını öldürən ərini niyə bağışladı? TƏFƏRRÜAT

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qayınatasını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Eldəniz Yaralıyevin cinayət işi üzrə məhkəmə araşdırması Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutub.

17 il azadlıqdan məhrum edilən Eldənizin cinayət işinin təfərrüatları məlum olub.

"Cebhenfo.az" Musavat.com-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, qətlin səbəbi ailə münaqişəsi olub. Eldəniz qayınatası Rafiq Qubatovu ailə münasibətlərinə müdaxil etdiyi üçün öldürdüyünü deyib.

Məlumata görə, Eldəniz içki düşkünü olduğu üçün ailəsini incidirmiş. Qayınatası da buna görə ona irad bildirirmiş. Münasibətlər gərginləşəndə Rafiq Qubatov qızını və nəvələrini götürüb öz evinə aparıb. Qətl də buna görə baş verib.

İstintaqla müəyyən edilib ki, Eldəniz qabaqcadan planlaşdırılmış şəkildə qayınatasını öldürmək üçün onun evinə gəlib. Hasardan evə daxil olub. Ev sahibinin evdə olmadığını görüb həyətdə gizlənib. Qayınatası gələndən sonra onn nəvələrinin gözü qarşısında xüsusi amansızlıqla öldürüb. Mərhuma 10-dan artıq bıçaq zərbəsi endirib.

Eldəniz ifadəsində özünü qismən təqsirli bilib. Deyib ki, qayınatasını öldürmək niyyəti olmayıb:

“Həmin gün yoldaşıma zəng edib uşaqları soruşdum. Çünki uşaqlar iki gün idi xalasıgildə idi. Mən də onları görmək istəyirdim. Zəng edəndə yoldaşım dedi ki, uşaqlar gəlməyib. Həmin vaxt içkili idim. Bunu eşidəndə əsəbləşdim. Evə gələndə gördüm ki, uşaqlar evdə yoxdular. Bunu biləndə lap əsəbləşdim. Yenə də araq içməyə başladım. Sonra evdən bıçaq götürüb qayınatamgilə getdim. Həyətdə onların gəlməsini gözlədim. Onlar gələndə uşaqların evə getməsini gözlədim. Qayınatamla danışmağa başaldıq. Ona ailə məsələlərimə müdaxilə etməməsini dedim. Məni təhqir elədi. Mən də bıçağı çıxarıb vurdum. Neçə zərbə vurduğumu xatırlamıram. Sonra Zümrüd gəlib dedi ki, atamı vurma. Sonra özümü saxladım”.

Suallara cavab verən Eldəniz deyib ki, ailəsindəki problemlər onun içki içməsinə görə yaranırmış:

“Yoldaşım deyirdi ki, içəndə ağzının danışığını bilmirsən. Buna görə yola getmirdik. Qayınatam əvvəllər məhkum olunmuşdu. Mənimlə söhbət edəndə deyirdi ki, mən oraları görüb gəlmiş adamam, bir də içkili gəlsən məndən incimə. Axırıncı gün də məni görəndə “yenə içib gəlmisən, alkaş” dedi”.

Qəbələ Beynəlxalq hava limanında nəzarət postunda işləyən Eldəniz deyib ki, bir neçə dəfə arvadı ilə mübahisələri olsa da yenidən barışıb birgə yaşamağa davam ediblər.

Eldəniz əlavə edib ki, evdən çıxan zaman qayınatasını öldürmək niyyəti olmayıb. O, bıçağı qayınatasından qorxduğuna görə götürdüyünü deyib: “Dediyim kimi, qayınatam əvvəl məhkumluq yaşamışdı. Axırıncı dəfə mənə demişdi ki, bir də içsəm, başqa cür danışacaq. Bundan ehtiyat edib bıçaq götürdüm”.

Mərhumun arvadı Əsmayə Qubatova dindirilən zaman ərinin qatilinə ağır cəza verilməsini istəyib: “Rafiqin onunla problem yox idi. Sadəcə, çox içdiyinə görə irad bildirirdi. Dəfələrlə ailədə söz-söhbət olurdu. Rafiq həmişə onların mehriban olmasını istəyirdi. əlindən gələni də edirdi. Kim istəyər ki, qızının ailəsi dağılsın?

Hadisə günü Eldəniz gələndə əlində bıçaq var idi. Mən tez uşaqları evin arxasına göndərdim. Qızım qışqırdı ki, atamı vurma. Mən də dayanmadan qışqırırdım. Nəvəm də qaçıb babasının üstünüə yıxıldı ki, onu qorusun. Səs qonşular da yığıldı. Amma Eldəniz bunlara məhəl qoymayaraq vurmağa davam etdi. Rafiqin əlləri də kəsilmişdi. Çünki özünü qorumaq üçün bıçağı tutmağa çalışırdı.

Rafiqi qonşunun maşını ilə xəstəxanaya çatdırdıq. Həkimlər dedi ki, bədəninin 90 faiz qanını itirib. Həkimlər əməliyyat etməyin bir fayda verməyəcəyini dedilər. Amma mən israr etdim ki, əməliyyat etsinlər. Müdaxilə etdilər, amma faydası olmadı. Şikayətçiyəm və cəza verilməsini tələb edirəm”.

Məhkəmədə Eldənizin arvadı Zümrüd də dindirilib. Zümrüd anasından fərqli olaraq Eldənizi bağışladığını deyib. Bildirib ki, əri ilə münasibətləri içki aludəçisi olduğu üçün yaxşı olmayıb:

“Atam da həmişə ona deyirdi ki, az içsin. Bir neçə dəfə küsüb atamgilə getmişəm. Sonra barışıb qayıtmışam. Hadisə günü mən də həyətdə idim. Eldəniz gələndə onunla danışmamaq üçün arxa tərəfə keçdim. Atamı vurmağını görməmişəm. Səs-küy çıxanda ora qaçdım. Atam yerdə uzanmışdı, Eldəniz də quruyub qalmışdı”.

Zümrüdün məhkəmədə dedikləri ilə istintaqda dedikləri arasında zidiyyət olub. Zümrüd istintaqda ərinin atasını vurduğunu gördüyünü desə də məhkəmədə hadisəni görmədiyini bildirib.

Həmçinin Zümrüd istintaqda deyib ki, Eldəniz atasını öldürməyə gələndə öz atasına, yəni qayınatasına bu barədə deyib. Hətta istintaqda bildirib ki, Eldəniz atasını öldürəndəndən sonra öz atasına zəng edərək “Rafiqi deşik-deşik elədim” deyib. Amma Zümrüd məhkəmədə bununla razılaşmayıb. Belə bir ifadə vermədiyini deyib.

"Cebhenfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri