Icma.az
close
up
RU
Bakıda ata qızına xəsarət yetirdi TƏFƏRRÜAT

Bakıda ata qızına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 42 yaşlı kişi qızına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 10-da baş verib. Lerik rayon sakini, 1984-cü il təvəllüdlü Emin həmin gün saat 22 radələrində yaşadığı evdə qızı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib. O, ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qızının üz və baş nahiyəsinə zərbələr vurub. 
Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 10-da, saat 22 radələrində yaşadığı ünvana gələrkən 3-4 şüşə pivə içdiyi üçün içkinin təsiri altında olub: “Evə bazarlıq edərək gəldiyim üçün qızımı ərzaqları yerləşdirməsi üçün oyatdım. Qızı ərzaqları yerləşdirdikdən sonra yatmaq istədiyini bildirdi. Mən isə qızımdan duz gətirməsini istədim. O, isə gətirmədi. Buna görə onu evdən qovdum. Sonra hamama keçdim. Qayıdanda qızımı görərək niyə duz gətirmədiyini soruşdum, onun saçından dartaraq şillə vurdum. Sonra evdən çıxardım. Evin qarşısında olan zaman da onun başından şillə ilə vurdum. Daha sonra qaçmaq istədikdə ona mane oldum və özüm isə həyat yoldaşımın işlədiyi mağazaya getdim. Qızımı döyməyimi ona dedim, oğlumu götürərək bir az gəzdikdən sonra evə qayıtdım”.
İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, iyunun 10-da, saat 16 radələrində anası və qardaşı ilə işə gedib: “Çünki anam işdən gecə saatlarında tək gəldiyi üçün yolda qorxmasın deyə qardaşımı da özü ilə birlikdə işə aparıb. Atam isə səhər saat 7-8 radələrində çıxıb işə gedib. Mən həmin gün saat 21:30-da yatarkən ata məni yuxudan oyadaraq bazarlıq etdiyini və ərzaqları soyuducuya yığmağımı tələb etdi. Atamın dediklərini etdikdən sonra ona yemək verdim. İşini bitirdikdən sonra yatmaq üçün icazə istədim. Atam məni evdən çıxardı. Qısa yay geyimində olduğumdan paltarımı dəyişərək anamın iş yerinə getmək üçün evə daxil oldum. Bu zaman atam saçımdan tutaraq yoldu, dartaraq başıma şillə ilə vurdu, evdən bayıra çıxardı. Orada məni yerə yıxaraq başıma çoxsaylı şillə zərbələri vuraraq məni döydü”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin hüdudlarını tərk etməsi, həmçinin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub. 
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri