Icma.az
close
up
RU
“Atam öz əcəli ilə ölməyib, intihar edib” Məktub üzə çıxdı

“Atam öz əcəli ilə ölməyib, intihar edib” Məktub üzə çıxdı

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

2023-cü ilin dekabrında vəfat edən tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadənin ölümü ilə bağlı bəzi qaranlıq məqamlar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, mərhum musiqiçinin oğlu Nəriman Nəcəfzadə Axşam.az-a müraciət edərək atasının öz əcəli ilə ölmədiyini, yaşadıqları evin həyətində intihar etdiyini açıqlayıb.

Nəriman deyib ki, atasının belə bir addım atmasına səbəb dələduzluq nəticəsində külli miqdarda borca düşərək çarəsiz vəziyyətdə qalması olub: “Əlisahib Hüseynov, Elianora Əhmədova və digər şəxslər birləşərək müxtəlif yalan vədlər verməklə atamı borca saldılar. Bu adamlardan hüquq-mühafizə orqanlarına şikayət etmişik. Obyektiv araşdırma tələb edirik”.

Mərhum musiqiçinin oğlu iddia edib ki, adıçəkilən şəxslər bacısını da aldadaraq borca salıblar: “Qadın bacımı aldadıb ki, Gəncə Dövlət Universitetinin Gürcüstanda filialı açılacaq və sənə orada vəzifə verəcəyik. Bacım da borc alıb ona pul verir. Həmçinin Yasamal rayonunda atamdan bacıma qalma ev var idi. Həmin ev plana düşmüşdü. Elianora onu aldadır ki, 235 kvadratmetrlik evə 800 kvadratmetr yazdıracaq və söküntü zamanı 1 milyon manata qədər pul alacaq. Deyib ki, evi özümünkü kimi göstərməliyəm. Atam da ona inanıb, gedib qızıl götürdü, banka qoyub 143 min manat bir, 27 min manat bir verdi. Bilmədik ki, bütün bunları pulları mənimsəmək üçün ediblər. Bu cür yalanlarla atamı külli miqdarda borca salıblar. Bunlardan bezən atam 2023-cü ilin dekabrın 21-də səhər saatlarında yaşadığımız evin həyətində özünü asdı. Atam intihar edərkən cibindən məktublar çıxdı. Hər şeyi orda yazıb”.

O, bacısı Nərmin Əmirovanın hazırda həbsxanada olduğunu əlavə edib: “Həmin borclara görə bacım həbs edildi. Çünki insanlardan alıb onlara verdiyi pulları qaytara bilmədi”.

Vəkil Bəkir Həsənov məsələ ilə əlaqədar açıqlamasında deyib ki, hazırda proseslə bağlı məhkəmə işi gedir.

Qeyd edək ki, M.Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı. Musiqiçinin vəfatı ilə bağlı yayılan ilkin xəbərdə 57 yaşında qəfil dünyasını dəyişdiyi bildirilmişdi.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyul 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri