Mədəniyyət sahəsində köhnə yanaşma dəyişməlidir Rəşad Əzizov
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bizim regionda mədəniyyət həmişə cəmiyyətin və iqtisadiyyatın dövlət tərəfindən dəstəklənən bir sahəsi kimi qəbul olunub. İndi isə yeni qaydalar formalaşır. Bunlar tamamilə bazar əsaslı qaydalardır. Buna görə də bütün iştirakçıların düşüncə tərzini dəyişmək lazımdır”.
Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov dedi.
“Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır. Düşünürəm ki, bu yanaşma qonşu ölkələr üçün də bir tendensiyaya çevrilə bilər. Dünən də qeyd etdiyim kimi, bu prosesdə maraqlı tərəflər, yeni oyunçular və yeni qaydalar var. Bu sistemdə dövlət iştirakçı deyil, tənzimləyici olmalıdır.
Bu, hökumət, dövlət qurumları, rəsmi şəxslər və dövlət xidmətləri qarşısında duran əsas çağırışdır. Çünki mədəniyyət sahəsində belə bir dəyişikliyi həyata keçirmək də kifayət qədər çətindir.
İkinci məqam isə ondan ibarətdir ki, söhbət sənayelərdən gedirsə, bu, sahibkarlıq deməkdir. Sahibkarlıq və sahibkarlıq yanaşması mədəniyyət sahəsində indiyədək formalaşmış anlayışdan tamamilə fərqlidir”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Oktyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















