Icma.az
close
up
RU
Atanın qətlini gizlətmək üçün bu planı qurublar Ana və digər oğlu da həbs edildi

Atanın qətlini gizlətmək üçün bu planı qurublar Ana və digər oğlu da həbs edildi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük qardaşı da həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar törədilən cinayəti gizlətməkdə təqsirli biliniblər. 

Bu dəhşətli hadisə 2 il əvvəl, dekabr günlərinin birində baş verib. 15 yaşlı yeniyetmə anasını bıçaqla öldürmək istəyən atası Qəhrəman Bayramovun başına balta ilə vuraraq onu qətlə yetirib. 

Hadisədən sonra anası Arzu Bayramova və 22 yaşlı qardaşı İlyas Bayramov onun məsuliyyətdən yayınması üçün cinayətin izlərini gizlətməyə qərar veriblər. Onlar əvvəlcə cinayət alətini gizlədib. Meyiti isə gecə saatlarında rayon ərazisindən keçən Mazımçaya atıblar. 

Amma cinayətin üstü tez açılıb. Bir neçə gün sonra meyit çayın kənarına çıxıb, bununla da ailənin planı pozulub.

Atasını qəsdən öldürməkdə təqsirli bilinən yeniyetməyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. (18 yaşı tamam olmamış cinayət törədən şəxsə 10 ildən artıq cəza təyin edilə bilməz-red). Yeniyetmənin anası və qardaşı isə cinayəti gizlətməyə görə ayrıca mühakimə ediliblər. İş üzrə məhkəmə araşdırması bu günlərdə tamamlanıb. 

İlyas məhkəmədə etiraf edib ki, hadisədən sonra qardaşı polisə təslim olmaq istəyib, lakin anası onun həbs olunacağı təqdirdə özünü öldürəcəyini deyib. Bu səbəbdən fikirlərindən daşınıblar.

Arzu Bayramova isə deyib ki, oğlu uşaq olduğu üçün onun həbsə düşməsini istəməyib. Bu səbəbdən cinayəti gizlətmək istəyib. 

Onlar etdiklərinə görə məhkəmədə peşman olduqlarını dilə gətirərək həbs olunmamalarını xahiş ediblər.

Hakim isə hesab edib ki, xüsusilə ağır cinayəti gizlədən şəxslərin azadlıqda qalması mümkün deyil. Hökmə əsasən, ana və oğul 2 il azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında - elə yerindəcə həbs ediliblər.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri