Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Döyüşçü atanın igid oğlu

Döyüşçü atanın igid oğlu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Talış-Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq şəhid olmuş Fərid İsmixan oğlu Cəfərov belə igidlərimizdən biridir.

Ailənin ikinci övladı olan Fərid 13 yanvar 1998-ci ilin qarlı-şaxtalı bir qış günündə Yevlax rayonunun Quşçu kəndində anadan olmuşdu. Bütün uşaqlar kimi sevilərək, əzizlənərək böyüyüb, orta məktəbi qurtarıb, sonra əsgərliyə getmişdi. Hərbi xidməti dövründə özünü nümunəvi əsgər, tərbiyəli, vətənsevər gənc kimi göstərmişdi. 

Atası İsmixan Cəfərov Birinci Qarabağ müharibəsinin döyüşçüsü olduğu üçün Fərid əsgərlik dövründə özünü atasına layiq bir şəkildə aparmış, nümunəvi əsgər kimi də xidmətini başa vurub evinə-ailəsinə dönmüşdü. Bir müddət atasi ilə ə-ələ verib tikinti işlərində çalışıb özlərinə də ev-eşik tikirlər. Günlərin birində ata-anasının xeyir duası ilə Fəridə adlı xanımla ailə qrur, bir qız atası olur.  2020-ci ilin sentyabrında – qurtuluş savaşımız başlayanda körpə qızı Nurlananın 1 yaşı yenicə tamam olmuşdu. Amma həmin günü Fərid qərar verir; qızım bu torpaqlarda güllə səsi eşitmədən, xoşbəxt yaşaması üçün  mən bu gün müharibəyə getməliyəm. 

Səfərbərlik çağırışını eşidər-eşitməz komissarlığa gedib özünü cəbhəyə çatdırmaq üçün tələsib. Atası deyir ki, onu müharibyə yola salanda dedim ay oğul, düşməni məğlub eləmək bizə nəsib olmadı, Allah sizə qismət eləsin. Evə, balanın yanına üzüağ, zəfərlə qayıt: “İpək kimi yumşaq ürəyi vardı, hamıya qarşı mehriban və səmimi idi Fərid. Müharibə xəbərin eşidəndə o Fəriddən əsər-əlamət qalmamışdı. Hiss edirdim ki, xarakteri bir gündə dəyişdi. Deyirdi ata, düşməndən qisas almaq hissilə  içimi  alışıb-yanır”.

Birinci Qarabağ müharibəsinin döyüşçüsü olmuş İsmixan Cəfərov o ağrı-acıları yaşamışdı, müharibənin nə demək olduğunu, şəhid gəldiyi evə necə  atəş düşdüyünü yaxşı bilirdi. Amma oğlunu özü yola salmışdı müharibəyə, sonun nə olacağını bilə-bilə: “İlk dəfə torpaqlarımızı işğal  etmək niyyətilə düşmən baş qaldıranda subay və gənc idim. Nankor ermənlərin ayaqaltı etdikləri müqəddəs torpaqlarımızı qorumaq üçün döyüşlərə qatılsam da, nə yazıq ki, o dövrün şərtləri bizi bu savaşda məğlub etdi, silah-sursat yox, ordu yox, iqtisadi güc yox, xalqın müharibə psixologiyası heç yox... Nəhayət, sentyabr ayı gəldi, müharibəyə gedəcək deyə, uşağın üstünə gün doğmuşdu”.

Ata isə fəxr eləyirdi onun bu kişiyana hərəkətilə. Oğlu böyük şairimiz Bəxtiyar Vahabzadənin bir bənd şerini əzbər bilirdi: 

Vətənin arxasında,

Biz həmişə dağ olduq.

Vətən bizimçün deyil,

Biz Vətənçün doğulduq. 

Beləcə, atasının xeyir-duasını alıb, anası Aynur xanımın əllərindən öpüb həyat yoldaşı Fəridə xanımla halallaşıb, 1 yaşlı qızı Nurlananı bağrına basıb özünə verdiyi sözü yerinə yetirməyə gedir. “Qızım qanın-qadanın, müharibənin bitdiyi, azad və xoşbəxt bir ölkədə yaşasın”. 

Ağır döyüşlərə qatılandan bir neçə gün sonra Fərid Talış-Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olur və doğulub böyüdüyü Quşçu kəndində torpağa tapşırılır. Cəfərov Fərid İsmixan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif olunmuşdur. 

İsmixan Rəhimov övlad acısı yaşasa da, deyir ki, ölkəmizin əsl sahibi möhtərəm  Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çevik siyasəti, polad  iradəsi və yenilməz sərkərdəliyi ilə qüdrətli  ordumuz illər boyu arzuladığımız şanlı Zəfər salnaməsinin müəllifi oldu. Bu gün azadlıqda olan, şəhid qanı ilə canlanan Qarabağ torpağına mənim yeganə oğlumun, Fəridimin də  qanı qarışıb. 

Fəridin yadigarı Nurlana xeyli böyüyüb, sevgisi, şıltaqlığı ilə anasının, nənə-babasının hüznlü evinə işıq, həyat gətirir, varlığı ilə onların yaralarını sarıyır, yaşama səbəbləri olur. Nurlana Fəridin şərəfli ömrünün davamçısıdır. 

Şəhidin atası İsmixan Cəfərov deyir ki, istər rayonda olsun, istər Quşçu kəndində hər kəsdən hörmət, qayğı, sevgi görür ailəsi: “Dövlət başçısından tutmuş, sıravi vətəndaşa qədər hamıdan qayğı, sevgi, isti davranış görürük. Bu da bizi duyğulandırır, oğlumun adı gələn yerdə axan sular durulur, hamı ehtiram göstərir. Oğlumla qürur duyuruq. Yerli icra orqanları da hər bir arzu, təklif və müraciətlərimizi həssaslıqla dinləyir. Pay torpagı veriləcəyi də nəzərdə tutulub. Onunla təskinlik tapırıq ki, gözəl Qarabağda artıq üçrəngli bayrağımız dalğalanır. 

Əminə YUSİFQIZI, 
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri