Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qazi atanın şəhid oğlu

Qazi atanın şəhid oğlu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Cavadovlar ailəsinin yüksək vətəndaşlıq örnəyi

İkinci Qarabağ müharibəsində igidlik, cəsarət, yenilməzlik nümunəsi göstərən əsgərlərimizdən biri də Mahmud Heydər oğlu Cavadovdur. Mahmud 1999-cu il aprelin 13-də Bakı şəhərində anadan olub. Əslən qədim zamanlardan Xudafərin körpüləri üzərindən Arazı adlayıb quzeyə üz tutan güneyli səyyahların “Qarabağın qapısı” adlandırdıqları Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.

Bu yerdə qeyd etmək lazımdır ki, Böyük Mərcanlı kəndi Araz çayının sağ sahilində, geniş düzənliklərdəki bərəkətli torpaqlarda yerləşir. Dilçi alimlər bu qənaətdədirlər ki, bu toponim etimoloji mənasına görə mərd, dostcanlı insanların yurdu anlamını verir. Mahmud paytaxtda böyüsə də, hələ uşaq yaşlarından atası Heydər kişidən doğma yurdun igid kişiləri barədə söhbətləri çox eşidib. Bu söhbətləri dinləyə-dinləyə ürəyində Allaha yalvarıb ki, Qarabağın azadlığı uğrunda müharibə mümkün qədər tez başlasın ki, o da müqəddəs döyüşlərə qatılıb düşməndən qisas alanların cərgələrində olsun.

Bəli, illər keçəcək, Mahmud bu müqəddəs yolda şəhid olacaqdı. Bundan əvvəl isə o, orta təhsilini paytaxtın Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə alıb. Məktəb illərində ağıllı, təmkinli, savadlı və özünəməxsus dünyası olan bir gənc kimi müəllimlərinin və sinif yoldaşlarının hörmətini qazanıb. Ali təhsilli mühəndis olmaq istəyib. Bu məqsədlə 2016–2020-ci illərdə Azərbaycan Texniki Universitetində bakalavr təhsili alıb.

Universiteti bitirdiyi 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy rayonundakı “N” saylı hərbi hissədə keçirməyə başlayıb. Dərslərində olduğu kimi, hərbi xidmətdə də intizamlılığı ilə fərqlənib. Vətən müharibəsi başlananda düşməndən qisas almaq şansı qazandığı üçün sevinib. Müharibənin ilk günündən bir çox ağır döyüşlərdə iştirak edib. 27 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Vətən onun xidmətlərini unutmayıb. Prezident İlham Əliyevin sərəncamı ilə Mahmud Cavadov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mahmudun atası Heydər Cavadov haqqında çoxdan eşitmişdim. Xəbərim vardı ki, 1990-cı illərin əvvəllərində Cəbrayıl rayonunda fəaliyyət göstərən “Ziyalılar” batalyonunun cəsur döyüşçülərindən olub. O illərdə Bakıda yaşayıb işləsə də, könüllü olaraq dinc əhalisi xain erməni quldur dəstələrinin silahlı basqınlarına məruz qalan doğma rayonuna qayıdıb. Bir neçə il könüllü döyüşçü, sonradan isə Azərbaycan Ordusunun zabiti kimi Qarabağın müdafiəsində fəal iştirak edib. Ağır döyüşlərdə dəfələrlə yaralanıb. İkinci qrup müharibə əlilidir.

Bax, belə bir kişinin oğlu olub şəhid Mahmud Cavadov. Oğul itkisinin ata üçün nə qədər ağır və çətin olduğu gözlərindəki ağrı-acıdan aşkar hiss olunur.

“Mən gəncliyimi döyüşlərdə keçirmişəm, müharibənin nə olduğunu bilirəm, buna görə də birtəhər dözürəm, amma oğlumun anası və bacıları üçün bu dərdə dözmək olduqca çətindir”, – dedi Heydər kişi! Ona təsəlli verməkdən başqa çarəm olmadı.

Düşündüm ki, Birinci və İkinci Qarabağ müharibələrində Vətən naminə döyüşlərə qatılan Cavadovlar kimi ata və oğulların sayı çoxdur. Bu da xalqımızın taleyidir. Torpağı Vətən edən şəhid oğulların qanıdır. Azərbaycan mərd oğulların yurdudur. Bu torpaq Mübariz İbrahimovlar, Pəncəli Teymurovlar, Polad Həşimovlar kimi qəhrəmanlar yetişdirib! Bu xalqa və Vətənə eşq olsun!

Cəmi 21 il ömür sürən Mahmudun həyatı yarımçıq qalsa da, Vətən sevgisi və fədakarlığı onu əbədiyyətə qovuşdurub. Şərəfli adı və əziz xatirəsi əbədi yaşayacaq. Şəhidlər ölmürlər, onlar xalqın daim qəlbindədirlər! Allah Mahmud Heydər oğlu Cavadova və bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri