Icma.az
close
up
RU
Hərbçi atanın zabit oğlu

Hərbçi atanın zabit oğlu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Haqq-ədalət savaşımızda bizə qələbə sevinci bəxş edən şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirasa görə minlərlə hərbçimiz orden və medallarla təltif edilmişdir. Onlardan biri də şəhid Ruslan Qəhrəmanovdur.

Ruslan 1988-ci il oktyabr ayının 6-da, Almaniyada, hərbçi ailəsində dünyaya göz açıb. Atası Mehman Qəhrəmanov sovet silahlı qüvvələrində qulluq edib. Birinci Qarabağ müharibəsi başlananda doğma yurdu Azərbaycanın müdafiəsinə qoşulub, hərbi təcrübəsini gənclərlə bölüşüb. Müharibə qazisi Vətənə xidməti ilə fəxr edib. Elə oğlunu da bu ruhda tərbiyə edib.

Şəmkirin Keçili (indiki Xuluf) kəndində böyüyüb başa çatmış Ruslan oradakı Rövşən İsmayılov adına 2 nömrəli orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb. Vətənə olan hədsiz sevgisi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə aparıb. Liseydən sonra ali hərbi məktəbə qəbul olub və leytenant kimi Vətənə xidmətə başlayıb.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olan kapitan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb.

Bir dostu ona “Sən general olacaqsan” demişdi. Döyüşlərdən öncə 2 qız və 1 oğul atası olduğuna işarə edərək “Çalış, şəhid olma, körpə balaların səni gözləyir”, – deyən dostuna Ruslanın cavabı isə “şəhid olmaqdan qorxan döyüşə getməz” – olub. “Mən ora elə şəhidlik üçün gedirəm”... Övladlarına isə cəbhəyə getməzdən öncə tapşırıbmış ki, mən şəhid olanda siz bayraqla öndə gedin, fəxrlə “Vətən sağ olsun!” – deyin. – “Gözüm arxada qalamayacaq, çünki ardımca oğlumun gəldiyini bilirəm”.

Döyüşlər öncəsi kəşfiyyat zamanı mühasirəyə alınırlar. XTQ kapitanı dostlarını xilas eləmək üçün maşından düşərək: “Siz gedin, mən sizi qoruyacam”, – deyir və snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Şəmkir rayonunun Keçili kəndində dəfn edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fərqlənmiş igidimiz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ruslan Qəhrəmanov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruslana məxsus şəxsi materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Müşfiq CƏFƏROV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri