Icma.az
close
up
RU
Atasını öldürən oğulla bağlı detallar: ləqəbi Xata Bala imiş...

Atasını öldürən oğulla bağlı detallar: ləqəbi Xata Bala imiş...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yevlaxda oğulun atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Mərkəzi Aran bürosuna bu barədə Havarlı kənd sakinləri məlumat veriblər.

Deyilənə görə, 66 yaşlı atası Hüsü Talıbovu öldürən 36 yaşlı Vüsal Talıbov yaşadığı kənddə “Xata Bala” ləqəbiylə tanınırmış.

1959-cu il təvəllüdlü Hüsü Talıbov 3 övlad atasıdır – iki oğlu, bir qızı var. Ailənin böyük oğlu Rusiyada yaşayır. Havarlıda yaşayan qızı və hadisəni törədən Vüsal ailəlidir.

Hadisədən bütün kəndin təsirləndiyini deyən kənd ağsaqqalı Natiq Qəhrəmanov mərhum Hüsü Talıbovun zəhmətkeş, hər kəsin xeyrinə-şərinə yarıyan insan olduğunu bildirib:

“Hadisə zamanı ata-oğul evdə tək olublar. Qız övladlarının təzəliklə əkiz uşağı doğulmuşdu. Evin xanımı qızını-nəvələrini görməyə gedibmiş. Evdə mübahisə bu zaman düşüb. Vüsal atasına 13 bıçaq zərbəsi vurub. Qohum-qonşu hay-küy salıb, Hüsü kişini xəstəxanaya çatdırıblar. Amma onu xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, atasını qətlə yetirən Vüsal Talıbov 3 oğul atasıdır. Onun bu qəddar davranışının səbəbi məlum deyil.

Gəzən söz-söhbətə görə, Vüsal borclu olub, atasından dəyərli bir şeyi satıb borcunu ödəməsinə yardım etməsini istəyib. Ata isə bundan imtina edib.

Qeyd edək ki, avqustun 26-da Yevlaxın Havarlı kəndində atası Hüsü Talıbovu bıçaqlamaqda şübhəli bilinən 36 yaşlı Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.

Vüsal Talıbov Vətən müharibəsi qazisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri