Icma.az
close
up
RU
Atəşkəs sabitliyin, sabitlik inkişafın, inkişaf isə qələbələrin təməlidir

Atəşkəs sabitliyin, sabitlik inkişafın, inkişaf isə qələbələrin təməlidir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Zəfərə gedən yolun AZƏRBAYCAN NÜMUNƏSİ...

1990-cı illərin əvvəlinin təlatümləri yenicə müstəqillik əldə etmiş Azərbaycanı böyük çətinliklərlə üz-üzə qoymuşdu - bir tərəfdə, erməni işğalı, separatizm, təcavüz və soyqırımı, digər tərəfdə isə biri-birini əvəzləyən səriştəsiz hakimiyyət, özbaşnalıq, xaos və idarəedilməz siyasi mühit. Belə bir zamanda, Heydər Əliyev ölkəmizin, xalqımızın, Vətənimizin xilaskarına çevrildi.

Müasir müstəqil dövlətçiliyimizin banisi olan Ulu öndər Heydər Əliyevin fəaliyyətə başladığı ilk gündən etibarən hədəfi inkişaf etmiş, iqtisadi liderə çevrilmiş və bütövlüyü, suverenliyi tam təmin olunmuş Azərbaycan idi. Buna nail olmaq üçün isə təbii ki, zaman gərəkirdi. Heydər Əliyev səbrlə, təmkinlə və uzaqgörənliklə bütün bunlara nail oldu - dövlətin inkişaf konsepsiyasının hazırlanması üçün ilkin lazımi şərti, sabitliyi formalaşdırdı. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan az sonra - 1994-cü ilin mayında Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail oldu. “Bişkek Protokolu” adlandırılan atəşkəs müqaviləsi mayın 12-də qüvvəyə mindi.

Dövrün acı mənzərəsi...

Bu atəşkəsin siyasi - tarixi əhəmiyyəti günümüzün rakursundan daha parlaq görünür. Atəşkəsin vaciblik indeksi olduqca böyük idi - bəlkə də, həmin dövrdə bu o qədər də detallı şəkildə anlaşılmırdı. Amma bu gün tarixi prosesləri təhlil etdikdə, bunun şahidi olmamaq mümkün deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, həmin dövrün siyasi mənzərəsi hər şeyi detallı şəkildə ortaya qoyur:

- 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı ölkəni sözün əsil mənasında uçurumun kənarına gətirib çıxarmışdı;

- Vətəndaş qarşıdurması, müstəqilliyinin yenidən itirilməsi təhlükəsi tam real idi;

- Ölkədə xaos hökm sürürdü, iqtisadiyyat dağılmışdı, sosial gərginlik pik həddə çatmışdı;

- Ən əsası isə Azərbaycandakı idarəolunmaz vəziyyətdən istifadə edən Ermənistan havadarlarının dəstəyi ilə ərazilərimizin işğal coğrafiyasını durmadan genişləndirirdi.

Belə bir zamanda işğala qarşı nizami müqavimətin də təşkili olduqca çətin idi. Əvvəlki hakimiyyətlərdə təmsil olunan ayrı-ayrı şəxslərin ətrafında formalaşan kiçikhəcmli dəstələr özünümüdafiə adı altında fərqli maraqların təmini ilə məşğul idi. Belə çətin dövrdə ölkənin gələcəyi üçün sabitlik əsas amilə çevrilmişdi.

Tarixi qərar...

Atəşkəsin imzalanması Azərbaycan üçün nə demək idi? Bu sual ilk baxışdan ritorik görünsə belə, məhz 30 illik tarixi mərhələnin fonunda olduqca genişməzmunlu əhəmiyyət daşıyır. Çünki atəşkəs nəticəsində Azərbaycanın potensialının səfərbər edilməsi, iqtisadiyyatının dirçəldilməsi, ölkənin investisiya cəlbediciliyininin artırılması, cəmiyyətdə milli həmrəyliyə nail olunması, nizami, vahid komandanlığa tabe olan ordunun yaradılması kimi mühüm əhəmiyyətli hədəflərə doğru “yol alındı”. Bu strateji mərhələləri uğurla adlamaq üçün isə ilk növbədə müharibəni dayandırmaq, müvəqqəti də olsa, atəşkəsə nail olmaq gərəkirdi. Beləliklə, Azərbaycan tarixinin ən mühüm məqamlarında biri olan və 1994-cü ilin mayında ərsəyə gələn, mayın 12-dən isə qüvvəyə minən “Bişkek protokolu” Heydər Əliyevin inkişaf konsepsiyasında, müasir qələbələrimizdə əsaslı paya sahibdir. Çünki “Bişkek Protokolu”nin qüvvəyə minməsi ilə Azərbaycan strateji məqsədlərini reallaşdırmaq imkanı qazandı. Məhz bu atəşkəsin imzalanması Azərbaycanın gələcək perspektivinin açarı olan və 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi”nin reallaşmasını təmin etdi. Bu mərhələdən sonra Azərbaycanın iqtisadi dirçəlişi gələcək siyasi qüdrətin, zəfərin, regional liderə çevrilmənin əsasını qoydu. Mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, o vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi: “Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir”.

İnkişaf yolu...

Ən əsası isə ötən 26 il ərzində (2020-ci il Vətən müharibəsinə qədər) Azərbaycan apardığı hərtərəfli və mühüm inkişafa yönəlik siyasətlə önə çıxmağı bacardı. Özünün “qələbə” eyforiyasına qapılan Ermənistan işğal siyasətinin qurbanına çevrildi. Ulu öndər Heydər Əliyev, sonradan isə dövlət siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Qarabağ münaqişəsinin ən xırda məqamlarını belə auditoriyaların diqqətinə çatdıraraq ölkəmizin haqq mübarizəsində yeni bir mərhələ formalaşdırdı. Tarixi Qarabağ zəfərinə gedən yolda Prezident İlham Əliyev dövlətin siyasi-iqtisadi dayaqlarını daha da möhkəmləndirirdi. Atəşkəs dövründə Azərbaycan uğurlu müasir ordu quruculuğuna start verdi Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıdı. Atəşkəs dövründə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməsinin və bu əsasda güclü Ordu yaratmasının ən böyük nəticəsi 44 günlük müharibədə qazanılan şanlı Qələbəmiz oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində yeni əsrin yeni müharibə modelini tətbiq etdi. Ordunun yüksək döyüş hazırlığına, innovativ tətbiqlərə, şəxsi heyətin vətənpərvərliyinə əsaslanan bu müharibə modelinin tətbiqi sayəsində Azərbaycan üç onillik ərzində düşmənin nəzarəti altında qalan torpaqlarını geri qaytarmağa və özünün ərazi bütövlüyünü təmin etməyə nail oldu.

Real nümunə...

Demək olar ki, bütün sahələrdə - tolerantlıq, multikulturalizm, sivilizasiyalararası dialoq, iqtisadi inkişafda, xarici siyasətdə nümunə, model yaradan Azərbaycan bir daha sübut etdi ki, səbr və təmkinlə, təkamülə əsaslanan inkişaf konsepsiyası ilə, qarşıya qoyulan hədəflərin açıq müəyyənləşdirilməsi ilə böyük uğurlara imza atmaq mümkündür. Bu gün reallıqdan qaçmağa çalışan, atəşkəsi hətta “hər şeyin sonu” kimi qiymətləndirən bəzi dövlətlər Azərbaycan nümunəsinə diqqət yetirməlidirlər. Ölkəmiz ən kritik, çarəsiz, hətta köməksiz bir vəziyyətdən qalib, aparıcı siyasi-iqtisadi əhəmiyyətə malik, regional lider, etibarlı tərəfdaş, suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş dövlətə çevrilib. Günümüzün bəzi siyasi-hərbi kataklizmlərinin tərəfləribundan əziyyət çəkənlər Azərbaycan nümunəsini göz önünə gətirməlidirdlər. Bu gün xüsusilə, Ukrayna-Rusiya cəbhəsində gedən qızğın müzakirələr, barışmazlıq vəziyyəti daha da tündləşdirir - amma Azərbaycan nümunəsi sübut edir ki, atəşkəs sabitliyin, sabitlik inkişafın, inkişaf isə qələbələrin təməlidir...

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see173

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see153

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see151

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see147

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see147

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see141

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see140

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see138

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see125

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see122

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see120

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see120

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see119

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri