Netanyahunun ən yaxın adamlarından biri istefa verdi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin strateji məsələlər naziri Ron Dermer istefa verdiyini açıqlayıb. O, Qəzza müharibəsi zamanı aparılan danışıqlarda önəmli rol oynayıb və Baş nazir Benyamin Netanyahunun ən yaxın siyasi müttəfiqlərindən biri kimi tanınırdı.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrail mediasında bir müddətdir yayılan şayiələr bu gün rəsmi təsdiqini tapıb.
Nazir istefa qərarını Netanyahunun adına ünvanladığı iki səhifəlik məktubla ictimaiyyətə çatdırıb.
“Strateji məsələlər naziri kimi fəaliyyətimi dayandırmaq qərarına gəldiyimi sizə bildirmək istəyirəm,” – deyə məktubda qeyd olunub.
Baş nazirin ofisi hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, Dermer bu vəzifəyə 2022-ci ildə təyin edilib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Noyabr 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















