Icma.az
close
up
RU
Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kremlin mətbuat katibi Dmitri Peskovun Ukrayna münaqişəsi ilə bağlı çıxışı diqqət çəkib. O bildirib ki, müharibə Rusiyanın qarşısına qoyduğu məqsədlərə çatdıqda bitəcək.

Sitat: “Moskva münaqişənin mümkün qədər tez sona çatmasını istəyir. Hər zaman qeyd edildiyi kimi, bu məsələnin həllində diplomatik yola sadiq qalırıq”.

Peskovun açıqlaması nə dərəcədə real görünür? Hazırda Rusiyanın məqsədlərinə çatması üçün kifayət qədər potensialı varmı?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, sözügedən müharibədə rəsmi bəyan edilən məqsəd Kiyevin demilitarizasiyası və denasifikasiyasıdır:

“Rusiyanın hədəfi hələ də Ukraynanın hərbsizləşdirilməsi və denasifikasiyası olaraq qalır. 1356 gün davam edən müharibə nəticəsində Moskva nəinki məqsədlərinə yaxınlaşmayıb, hətta arzulamadığı nəticələrlə üzləşib. Çünki hazırda Ukrayna dünyada ən çox hərbləşdirilmiş dövlətlərdən biridir. Kremlin hücumundan əvvəl demək olar ki, dron istehsalı olmayan bu ölkə indi dünyanın ən aparıcı beş dron-istehsalçısı sırasındadır və illik tutumu bir milyondan çox ola bilər. Həmçinin Ukrayna artıq Rusiyanın dərinliklərinə raket və dron zərbələri endirir, bu da Moskvanın bəyan etdiyi hədəflərinin reallaşmadığını göstərir. Denasifikasiyanın gerçəkləşməsi isə artıq mümkünsüzdür. Moskvanın törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlər, hətta soyqırımı iddiaları, Kiyevdə qarşı tərəfə düşmən münasibətin formalaşmasına səbəb olub. Belə əhval-ruhiyyənin 70–80 il davam edəcəyi ilə bağlı real əsaslar mövcuddur”.

Xəqani Cəfərli

Politoloq qeyd edib ki, Rusiya bu əsrin sonuna qədər qarşısına qoyduğu məqsədlərə çata bilməyəcək:

“Peskovun bəyanatlarından görünür ki, Kreml müharibəni sonsuza qədər davam etdirmək niyyətindədir. Bu isə Rusiya rəhbərliyinin məntiqi qərarlar vermədiyini göstərir. Qonşu ölkə gələn ilin eyni vaxtına qədər mövcudluğunu qoruyub saxlayarsa, bunu möcüzə hesab etmək olar. Fikrimcə, Prezident Vladimir Putin reallıqları nəzərdən keçirməli və vəziyyətin gərginliyini dərk etməlidir. Əks halda, gecikmə təhlükəli nəticələrə yol aça bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 07:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see281

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see261

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see207

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see159

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see142

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see135

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see134

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see133

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see125

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see124

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see123

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri