Icma.az
close
up
RU
Atəşkəs və ticarətin bərpası... Tramp Putin danışıqlarından nə gözlənilir?

Atəşkəs və ticarətin bərpası... Tramp Putin danışıqlarından nə gözlənilir?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Tramp "Truth" sosial platformasında bununla bağlı bildirib ki, telefon danışığında əsasən atəşkəs və ticarət məsələlərinin müzakirə olunacaq. Tramp, həmçinin qeyd edib ki, Putinlə danışıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və NATO ölkələrinin rəhbərləri ilə də əlaqə saxlayacaq. Danışığın Bakı vaxtı ilə saat 17:00 radələrində baş tutacağı gözlənilir.

Gözlənilir ki, danışıqların əsas mövzusu atəşkəs olacaq. ABŞ, Rusiya ilə Ukrayna arasında vasitəçilik cəhdlərini davam etdirməkdə maraqlıdır. Trampın danışıqdan əvvəl atəşkəsi xüsusi vurğulaması onun bu müharibədə vasitəçi kimi çıxış etməyə davam etmək niyyətində olduğunu göstərir.

Xatırladaq ki, Tramp prezidentliyə namizəd kimi dəfələrlə bəyan edib ki, hakimiyyətə gələrsə, “24 saat ərzində müharibəni dayandıracaq”. Bu danışıq, həmin vədin yerinə yetirilməsi istiqamətində növbəti cəhd kimi qiymətləndirilə bilər. Ehtimal olunur ki, Tramp Putinə müvəqqəti atəşkəs və ya müharibədə fasilə təklif etsin və qarşı tərəfdən müəyyən müsbət siqnallar almağa çalışsın. Lakin bu təşəbbüsə Ukrayna və NATO ölkələrinin münasibəti həlledici olacaq.

Ticarət məsələləri isə ikinci planda dayanır. Atəşkəs razılaşması olacağı təqdirdə, Rusiya üzərinə qoyulmuş iqtisadi sanksiyaların və maliyyə blokadalarının alternativ yollarla aradan qaldırılması barədə təkliflər gündəmə gələ bilər. Tramp administrasiyası xüsusilə enerji bazarları və Çinə qarşı iqtisadi tarazlıq məsələlərində Rusiya ilə əməkdaşlıq etməyə maraq göstərir.

Trampın Putinlə danışıqlardan dərhal sonra Zelenski və NATO liderləri ilə də təmas quracağını bildirməsi, onun beynəlxalq imicini qorumaq və “tərəfsiz vasitəçi” kimi görünmək istəyi ilə izah olunur.

Ekspertlər bildirirlər ki, bu danışıqlar Trampın ABŞ-dəki daxili mövqeyinə də təsir göstərə bilər. Onun Ukrayna böhranının həllinə yanaşması Demokratlardan fərqli olaraq təqdim edilir və bu, Respublikaçılar daxilində liderliyini möhkəmləndirə bilər. Bununla belə, Trampın “Putinə yaxınlıq” ittihamlarının yenidən gündəmə gələcəyi də istisna edilmir.

Nəticə etibarilə, bu telefon danışığı rəmzi bir addım olmaqla yanaşı, Trampın həm ABŞ daxilində, həm də beynəlxalq miqyasda siyasi iradə və diplomatik ambisiyalarını ortaya qoymaq cəhdidir. Əsas nəticələr isə danışıqdan sonra veriləcək açıqlamalarda və xüsusilə Zelenski və NATO liderləri ilə təmasların məzmununda aydın olacaq. Amma danışıqların baş tutması belə, artıq özlüyündə mühüm bir geosiyasi siqnaldır.

Rasim Əliyev 

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 May 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri