Hacıqabulda kişi su arxında boğulub öldü YENİLƏNİB
Icma.az bildirir, Lent az portalına istinadən.
Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Lent.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb.
Bildirilib ki, Hacıqabul rayonunda ümumiyyətlə kanalizasiya şəbəkəsi mövcud deyil.
İlkin araşdırmalar zamanı hadisənin yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxında baş verdiyi müəyyən edilib. Həmin arxların dərinliyinin, adətən, 15-20 santimetr təşkil etdiyi və kanalizasiya infrastrukturu ilə əlaqəsinin olmadığı vurğulanıb.
Qeyd olunub ki, mərhumun səhhətində problemlər olub. Hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir.
Ölümün dəqiq səbəbi müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.
***
23 noyabr, saat: 16:13
Şirvan sakini kanalizasiya quyusuna düşərək ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.
Şirvan sakini, 45 yaşlı Namiq Babayev kanalizasiya quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















