Icma.az
close
up
RU
ATƏTin Minsk qrupu və Qarabağ avantürası

ATƏTin Minsk qrupu və Qarabağ avantürası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yerlə Göy arasındakı risk qurşağıZaxarova “bitdi” deyir, amma...

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı təklifinə münasibət bildirib. Xanım Zaxarovanın hansı məqamlardan söz açdığına diqqət yetirəcəyik.

Hələlik isə bildirək ki, Prezident İlham Əliyev dekabrın 18-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycan–Ermənistan sülhündən söz açarkən, ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun ləğv olunması şərtini irəli sürmüşdü: “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il avqustun 30-da Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşərkən də ATƏT-in Minsk qrupunun buraxılması zərurətini qabartmışdı. Dövlətimizin başçısı həmin görüşdə regional vəziyyətə toxunaraq demişdi ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Bunun üçün isə “artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar təsisatlar tamamilə ləğv edilməlidir”.

Ölkəmizin lideri, həmçinin Minsk qrupu ilə bağlı Ermənistanın mövqeyinin başadüşülən olmadığını da diqqətə çatdırmışdı. Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat səsləndirdiyini xatırladan Prezident İlham Əliyev Ermənistanın sülh müqaviləsində, ümumən regionda davamlı barışın qərarlaşmasında maraqlı olmadığı qənaətinə gəlmiş, İrəvanın qəsdən vaxt uzatdığını, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar aldığını, öz ərazisində üçüncü tərəflərlə birgə hərbi təlimlər keçirdiyini vurğulamışdı.

***

Bəli, indi M.Zaxarova bildirir ki, ölkəsi ATƏT-in Minsk qrupunun ləğvi məsələsini əvvəllər də şərh edib. “Lakin müvafiq açıqlamaların verildiyini nəzərə alaraq, bu mövzuya qayıdaq. Sadəcə xatırlatmaq istərdim: amerikalılar və fransızlar, yəni onların rəsmi nümayəndələri, Minsk qrupunun həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmkarları və rusiyalı həmsədrlərlə əlaqəni dayandırdılar”, –deyən xanım diplomat əlavə edib ki, Ermənistan–Azərbaycan–Avropa İttifaqı–Fransa sammitinin nəticələrinə görə, Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdı, bununla vəziyyət köklü şəkildə dəyişdi və nəticədə ATƏT-in Minsk qrupu aktuallığını itirdi.

Rusiyanın XİN sözçüsü açıqlamasında sözügedən təsisatın işinin pozulmasına görə Qərbi ittiham etməyi də yaddan çıxarmayıb. Zaxarova ATƏT-in Minsk qrupunun struktur fəaliyyətinə dair bəzi məqamları da açıqlayıb ki, bu baxımdan onun söylədiklərinin elə bir əhəmiyyəti yoxdur. Çünki bildirdikləri ümumi prosedur məsələlərdir. Ancaq rusiyalı rəsminin gəldiyi bir başlıca qənaət var. Qarabağ üzrə əvvəlki danışıqlar formatından imtina edildisə, deməli, ATƏT-in Minsk qrupuna da ehtiyac qalmayıb: “Hesab edirik ki, bununla bağlı müvafiq qərar qəbul etməyin ən yaxşı yolu Bakı və İrəvanın bu qurumun ləğvinə dair birgə təklifidir”.

***

Göründüyü kimi, Rusiya ATƏT-in Minsk qrupunun mövcudluğunu istəmir. Zaxarova açıqlamasında Brüssel formatına toxunur və məhz bu format daxilində Qarabağın Azərbaycan ərazisi kimi tanındığını əsas götürərək, Minsk qrupuna ehtiyacın olmadığı rəyinə gəlir. Oxşar izahı Rusiya Prezidenti Vladamir Putin də dəfələrlə verib. Ümumən, rəsmi Moskvanın yanaşması daha çox Rusiyanın Ermənistana kömək göstərməməsi ittihamına cavabdır. Təxminən belə: İrəvan Qərbə arxalandı, Qarabağı əldən verdi, biz fərqli yanaşma tətbiq edə bilərdik. Zaxarova hazırda, necə deyərlər, qatarın artıq getdiyini bildirir. Ancaq nə Zaxarova, nə də digər Rusiya rəsmiləri Ermənistana ölkənin Qarabağ avantürasının davamı baxımından konkret nələri təklif ediləcəyini açıqlamırlar. Əslində, ortada elə bir şey yoxdur. Həm də ona görə ki, Ermənistan rəhbərliyi 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycanla münasibətlərin Qərb vasitəçiliyinə üstünlük verməklə, Qarabağ məsələsini Rusiyanın egidasından xilas etmək yolunu tutdu. Paşinyan iqtidarının prinsipial yanaşması bu idi. Ancaq mövcud yanaşma, heç bir halda, Qarabağ avantürasından uzaqlaşma sayıla bilməz. Hətta, Nikol ölkəmizin ərazi bütövlüyünü tanıdığını açıqlasa da...

Deməli, Moskvanın nəzərində Azərbaycanın ərazi bütövlüyünü tanımaq Qarabağ iddiasından uzaqlaşmaq deməkdir. Göründüyü kimi, məsələ, kifayət qədər, konkret qoyulur, hansısa diplomatik manevr üçün meydan tanınmır. Rusiya bunu ona görə edir ki, Ermənistan Qərbyönümlüdür, Paşinyan Kremlin forpostu olmaq istəmir. Ancaq əksi yaşansaydı, necə olacaqdı? Hər halda, Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından kənar formul seçilməyəcəkdi. Yəni, ölkəmiz razılaşmayacaqdı və bunu Rusiyada hər kəs anlayır.

Rusiya, yaxşı halda, Qarabağda ermənilərin qalmalarına şərait yaradacaqdı. Əlbəttə, ona görə ki, Azərbaycan da buna razılığını ifadə edirdi. İrəvan Moskvanı eşitsəydi, onun, belə demək mümkünsə, yaşam təminatlarına etibar edərdi. Sonrakı vəziyyət bölgədə 1988-1991-ci illərin olaylarının təkrarlanmasına gətirib çıxardardımı, əlbəttə ki, yox. Çünki Azərbaycan keçmişi dərin təhlil edib.

***

İstər 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonrakı, istərsə də ondan əvvəlki vəziyyət, xüsusən Qarabağın total şəkildə boşaldılması onu göstərdi ki, N.Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair bəyanatı boş şeydir, səmimiyyətdən uzaqdır, yalnız diplomatik manevr mahiyyəti daşıyır. Nəzərə alaq ki, erməni hökumət rəhbəri antiterror tədbirlərinədək verdiyi açıqlamaların birində Qarabağın özünün seçkili hakimiyyətinin olduğuna dair fikir səsləndirmişdi. Eyni zamanda, İrəvanda separatçı rejimin yeni “prezidentinə” təbrik mesajları eşidilmişdi.

Daha əvvəl isə Ermənistan və havadarları Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələsini qaldırmışdılar. Bu, Azərbaycanın yurisdiksiyasını heçə saymaq idi. Qarabağın ermənisizləşdirilməsi də belə bir istəyin mövcudluğundan xəbər verir. Yəni, beynəlxalq təminat yoxdursa, bölgədə Azərbaycanın mütləq hakimiyyəti qurulursa, o zaman prinsipial olaraq ermənilərin ərazidən köç etmələri əsas götürüldü. Rusiya isə həm əvvəllər, həm də indi başa salmağa çalışır ki, bu gedişat Ermənistanın Qarabağ iddiasını tarixə gömdü. Əlbəttə, Kremli, böyük ölçüdə, eşidən yoxdur. Ona görə Zaxarova indi çox rahat şəkildə deyir ki, ATƏT-in Minsk qrupu ləğv edilməlidir, çünki Qarabağ yoxdur. Başqa sözlə desək, sözügedən qrup Qarabağın Ermənistan olması üçün idi.

Belə bir nəticəyə gəlirik ki, ATƏT-in Minsk qrupu ilə bağlı duruma Azərbaycanın və Rusiyanın baxışı fərqlidir. Ermənistan isə Qarabağ avantürasının davamında israrlıdır. Sadəcə, hazırda bu israrlılıq avantüranın Qərbin dəstəyinə əsaslanmış davam ssenarisinin tərkib hissəsidir.

Qərb İrəvana özünün Cənubi Qafqaz üzrə anti-Rusiya cəbhəsi olmağı təklif edir və görünür, Qarabağ avantürasının aqibəti də Ermənistanın mövcud statusda qazanacağı uğura nəzərən müəyyənləşəcək. Hazırda məhz bu səbəbdən Paşinyan iqtidarı ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvini istəmir, hansısa regional dəyişikliklər, qlobal rəqabət davasının nəticəsində itirilmişlərin bərpasına ümid bəsləyir. Ermənistanın sürətli silahlanması da buna görədir. Üstəlik, rəsmi İrəvan Azərbaycanın sülh yolundakı digər şərtini də yerinə yetirmir. Söhbət konstitusiya dəyişikliyi ilə bağlı tələbdən gedir.

Sonda onu da deyək ki, bu gün Ermənistanın ana qanunu ölkəmizə qarşı ərazi iddiasına köklənmiş istiqlaliyyət bəyannaməsinə istinad yüklüdürsə və eyni zamanda, Paşinyan hakimiyyəti ATƏT-in Minsk qrupunun ləğvinə dair Bakı ilə birgə rəsmi müraciət ünvanlamaq istəmirsə, hər şey ortadadır. Aydındır ki, Qarabağ avantürası yenə “aktuallığını” saxlamaqdadır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri