Icma.az
close
up
RU
ATMU da elmi praktik seminar keçirilib FOTOLAR

ATMU da elmi praktik seminar keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Mehmanxana və restoran biznesi (MRB) kafedrasının təşkilatçılığı ilə “Qonaqpərvərlik və qida sənayesində terminoloji lüğətin əhəmiyyəti və mahiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.

"Unikal" xəbər verir ki, seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Turizm Peşə Məktəbi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AzAqroFermer və digər təşkilatların nümayəndələri, o cümlədən ATMU-nun elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Mehmanxana və restoran biznesi  kafedrasının müdiri Novruz Quliyev və kafedranın professor-müəllim heyəti iştirak edib. 

Seminarın əsas mövzusu qida mühəndisliyi və qida sənayesində mövcud olan problemlərə - qida sənayesində terminoloji standartlaşma, qida məhsullarının xarici ticarəti və ixracı zamanı standart terminlərin tətbiqi, təhsil və peşəkar inkişafda terminoloji lüğətin əhəmiyyəti, müxtəlif texnoloji proseslər, qida məhsullarının tərkib hissələri və istehsal şərtləri barədə doğru və dəqiq məlumatların verilməsi kimi məsələlərə həsr edilib. 

Seminarda qida sənayesi ilə bağlı müxtəlif terminlərin Azərbaycan dilinə tərcüməsi və izahı, həmçinin yerli və beynəlxalq tələblərə uyğunluq məsələləri müzakirə edilib.

Qida, o cümlədən şərab məhsullarının etiketlənməsi, çeşidinin və tərkibinin, üzüm sortlarının düzgün açıqlanması üçün terminologiyanın xüsusi rolu diqqətə çatdırılıb.

Təqdimatların, seminarların, praktiki təlimlərin və aparılan müzakirələrin qida sektorunda daha aydın bir terminoloji lüğətin hazırlanmasında faydalı olması iştirakçılar tərəfindən vurğulanıb.

Qida sənayesində terminoloji lüğətin hazırlanması və tətbiqinə dair ali məktəblər, dövlət və özəl sektorlardan daha çox dəstək, təşkilatçılar və iştirakçılar tərəfindən gələcəkdə bu mövzuda daha çox tədbir, seminarların keçirilməsi ilə bağlı fikirlər səslənib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri