Icma.az
close
up
RU
ATMU da elmi praktik konfrans keçirilib FOTOLAR

ATMU da elmi praktik konfrans keçirilib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə ali təhsil müəssisəsində “İdarəetmədə Multikultural Dəyərlər” mövzusunda VIII Respublika elmi-praktik konfransı keçirilib.

"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov çıxışında multikultural dəyərlərin – tolerantlıq, qarşılıqlı hörmət, etnik və mədəni müxtəlifliyin müasir idarəetmənin uğurlu və davamlı şəkildə həyata keçirilməsi üçün əsas prinsipə çevrildiyini diqqətə çatdırıb. “Multikultural yanaşmalar qərar qəbuletmə proseslərini daha çevik və ədalətli edir, eyni zamanda təşkilatlar daxilində sosial harmoniya və əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır” fikrini xüsusi vurğulayan rektor Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətində multikulturalizmin Azərbaycanda inkişafın əsas dayaqlarından birinə çevildiyini detallı faktlarla isbatlayıb.

Plenar iclasın gündəliyində idarəetmədə elmi və ideoloji yanaşmalar prizmasından xüsusilə iki əsas məruzə diqqətdə saxlanılıb. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru dosent Nəsirulla Nəsirli “Yeni tədris texnologiyaları” mövzusuna dair məruzəsində tədrisdə innovativ yanaşmaların, rəqəmsal platformaların və adaptiv öyrənmə modellərinin idarəetmə sistemlərinə inteqrasiyasından bəhs edib. Eyni zamanda  müasir texnologiyaların tələbəyönümlü idarəetmənin inkişafındakı rolundan  danışıb. 

Tarix elmləri doktoru professor Məhərrəm Zülfüqarlı “İdarəetmədə multikultural dəyərin təminatçısı – azərbaycançılıq ideologiyası” adlı məruzəsi çərçivəsində azərbaycançılığın milli və mədəni müxtəliflik kontekstində idarəetməyə verdiyi töhfəni elmi aspektdən təhlil edib.  Bu ideologiyanın ölkəmizdə vətəndaş həmrəyliyinin və ictimai sabitliyin möhkəmlənməsində mühüm rol oynadığını deyib.

Konfransın bölmə  iclaslarında  ölkənin müxtəlif universitet və elmi-tədqiqat müəssisələrini təmsil edən 60-dan çox iştirakçının çıxışı dinlənilib. Məruzələr süni intellektin və rəqəmsal texnologiyaların idarəetməyə təsiri, korporativ şəbəkələrdə təhlükəsizlik problemləri, turizm və mədəniyyət sahəsində multikultural dəyərlərin rolu, eləcə də idarəetmədə dövlət siyasətinin strateji istiqamətləri kimi məsələlərə həsr olunub.

Konfrans onlayn formatda keçirilib.
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri