Attestasiyadan minumum nəticə göstərən musiqi müəllimləri üçün kurslar təşkil edilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Attestasiyadan minimal nəticə (5 komissiya üzvündən 2-si tərəfindən “uyğun” hesab edilən) göstərən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kursları təşkil edilib.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, onlar müəyyən müddət kurs keçdikdən sonra yenidən xüsusi müsabiqə əsasında imtahan verərək işə bərpa olunmaq imkanı qazanacaqlar.
"Attestasiyadan daha aşağı nəticə (4/1 və ya 5/0) göstərən müəllimlərin müraciəti əsasında sözügedən kurslarda iştirakına şərait yaradılsa da, onların xüsusi müsabiqədə iştirakı nəzərdə tutulmur. Habelə, belə müəllimlərin təşkil ediləcək müəllimlərin ümumi işə qəbulu imtahanlarında iştirak etməsinə hər hansı məhdudiyyət qoyulmayıb", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 11 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















