Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib:
"Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 2025-ci il 1 may tarixindən müxtəlif ixtisaslar üzrə təcrübəli mütəxəssislərin təlimləri təşkil edilib və bu proses davamlı olacaq".
Bildirilib ki, xüsusi müsabiqə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq 2 mərhələdən - test imtahanı və müsahibədən ibarət olacaq: "Test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulub. Müvafiq keçid balını toplamış namizəd müsahibə mərhələsinə buraxılacaq və müsahibədə də uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















