Icma.az
close
up
RU
ATU da təhsil haqlarının qaldırılması: Deputatlardan münasibət

ATU da təhsil haqlarının qaldırılması: Deputatlardan münasibət

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi Azərbaycan Tibb Universitetində də təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.

“Açığı bu bilavasitə təhsilin strategiyasının istiqamətinin və hədəflərinin nədən ibarət olduğunu bilinməməsindən irəli gəlir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa ATU-da təhsil haqlarının artırılmasına münasibət bildirərkən deyib.

O bildirib ki, təhsil haqlarının qaldırılması cəmiyyətə açıq şəkildə bildirilməlidir:

“Əgər tibb təhsilinə bu cür yanaşma varsa, bunun əlahiddəliyi, vacibliyi əsaslandırılmalıdır ki, niyə bu xərc çəkilir? Əgər bu xərc çəkilirsə və təhsilin sonunda yetkin mütəxəssis yetişdirilirsə, onda məsələni əsaslandırıb bildirmək lazımdır. Amma elə qiyməti qaldırıram ki, institutu saxlayam, əksəriyyətində bütün bu prinsip işləyir. Bu açığı normal prinsip deyil. Hər halda bu müvafiq qiymət qalxımını bütün universitetlər əsaslandırmalıdır ki, niyə görə təhsil haqqını qaldırır? Bu açıq şəkildə cəmiyyətə bildirilməlidir. Çünki savadlı insanların, kasıb, imkansız insanların təhsil almasını əngəlləyən məqamdır bu isə xoşagələn hal deyil”.

Millət vəkili Ceyhun Məmmədov da universitetdə təhsil haqlarının artırılmasına münasibət bildirib:

“Ümumiyyətlə biz ümumi prosesə baxanda bu il əksər universitetlərdə təhsil haqqının artırıldığını görürük. Demək olar ki, bir çox universitetlər təhsil haqqını qaldırıbdır. Təhsil haqqının bu qədər qaldırılması ciddi şəkildə araşdırıldıqdan sonra qərar verilməlidir. Mən hesab edirəm ki, bu məsələni universitetin öhdəliyinə buraxılması düzgün deyil. Universitetlər özləri istədiyi vaxt qiyməti qaldırmalı deyillər. Bu qiymət dövlər tərəfindən tənzimlənməlidir. Dövlət bu məsələyə özü nəzarət etməlidir”.

Ceyhun Məmmədov vurğulayıb ki, qiymətlərin artırılması gənclərin yerli universitelərə yox, xarici universitetlərə üz tutmasına yol açacaq:

“Universitetlərin özlərinin müəyyən xərcləri olsa da, bu formada prosesin getməsi, qiymətlərin artırılması gənclərin yerli universitelərə yox, xarici universitetlərə üz tutmasına yol açacaq. Nəzərə alsaq ki, bir ailədə 2, yaxud, 3 və ya 4 uşaq ali təhsil alır. onun il ərzində 6000-7000 təhsil haqqı ödəməsi kifayət qədər çətin və mürəkkəbdir. Ona görə mən hesab edirəm ki, ümumiyytələ qiymət artımına gedilirsə, bu mütləq dövlətin qərarı ilə olmalıdır. Bu qiymətləri dövlət tənzimləməlidir. Tədrisin keyfiyyətinə uyğun olmalı və əhalinin də vəziyyəti nəzərə alınmalıdır. Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa və bu məbləğdə xeyli maaş alanlar varsa, bu vətəndaşlar təhsil haqqını hansı pulla və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi bir nəzarəti olmalıdır və dövlət özü bu prosesə əl qoymalıdır, qiymətlər qaldırılarkən əhalinin vəziyyəti nəzər alınmalıdır”.

Məsələ ilə bağlı milli məclisin Səhiyyə komitəsinin sədri, Tibb universitetinin keçmiş rektoru akademik Əhliman Əmiraslanova da sual ünvanladıq. Ancaq o mövzunu şərh etməkdən yayındı.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetinin ixtisaslarının təhsil haqqı artırılıb. Tibb ixtisası üçün 6500 manat, stomatologiya ixtisası üçün 6000 manat , əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 manat müəyyənləşib.

Xatırladaq ki, ötən il təhsil haqqı tibb ixtisası üzrə 4500 manat, stomatologiya üzrə 4000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 4000 manat olub.

Günel Həsənova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri