Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Deputatlardan Paşinyanın təbrikinə reaksiya:

Deputatlardan Paşinyanın təbrikinə reaksiya:

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. İki qonşu ölkənin xalqlarına sülh və firavanlıq arzulayıb. 

Nikol Paşinyanın Azərbaycan xalqını ilk dəfə təbrik etməsi diqqət çəkib. Eləcə də bu təbrikin nə qədər səmimi olması insanları təəccübləndirib. Yəni Paşinyanın bu təbriki həqiqətən, sülhməramlı jestdir, yoxsa növbəti erməni hiyləgarlığı? sualını doğurur.

Paşinyan özünü "sülh göyərçini" kimi göstərməyə çalışır.

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları həm daxili, həm də xarici siyasət üçün nəzərdə tutulmuş addımlardır:

"Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək, sülhün bərqərar edilməsi üçün mesajlar vermək seçkiöncəsi manevrdir. Eyni zamanda həm havadar, həm də müsəlman dövlətləri üçün bir mesajdır. O, yaxşı başa düşür ki, sülhə nail olmaq üçün Azərbaycanla münasibətləri ən yüksək formada qurmaq lazımdır. Çünki 44 günlük müharibədən sonra da, Azərbaycan öz suverenliyini bərpa etdi,dinc quruculuq işləri ilə məşğuldur. Müvafiq proqramlara uyğun olaraq Azərbaycan Qarabağda infrastrukturu yenidən qurur və bərpa edir. Yəni bu, Ermənistan tərəfindən birmənalı şəkildə ciddi qəbul edilir. Paşinyan həm də beynəlxalq ictimaiyyət üçün özünü "sülh göyərçini" kimi göstərməyə, Qərb dövlətlərinin dəstəyini almağa çalışır. Yəni Paşinyan dini və etnik münasibətlərindən asılı olmayaraq, hamı ilə münasibətləri yaxşılaşdırmaq istəyirəm jesti göstərir. Yumşalma cəhdi müxtəlif beynəlxalq platformalarda sülhü bərqərar edən dövlət kimi göstərilməyə nail olmaqdır. Daxili siyasətdə də problemlər çoxdur. Artıq 2026-cı ilin iyun ayının 7-ə seçkilər elan olunub. Daxildə impiçment və kilsəni yenidən ayağa qaldırmaq məsələləri gündəmdədir. Paşinyan öz mövqeyini qorumaq üçün bu addımları atır və başqa siyasətçilərdən fərqli olaraq özünə alternativ görmür".

Paşinyanın səmimi olub-olmadığını zaman göstərəcək.

Komitə sədri vurğulayıb ki, əsas məsələ Paşinyanın səmimi olub-olması ilə bağlıdır:

"Azərbaycan bu məsələlərin hamısını diqqətlə təhlil edir və reallığın nədən ibarət olduğunu dərk edir. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlər bu gün gündəmdədir. Əgər Paşinyan bu sülhün bərqərar olmasına çalışırsa, konstitusiyanın dəyişdirilməsi, eyni zamanda ATƏT-in Minsk qrupunun ləğv edilməsi və digər konkret addımlar atmalıdır. Bu, o vaxt bizi qane edə bilər və onun mövqeyinin nə qədər səmimi olduğunu aydın görə bilərik. Əsas məram, məqsəd onun bu addımlarının nə qədər səmimi olmasından asılıdır. Gələcək göstərəcək ki, bunun əsas məqsəd və məramı nədən ibarətdir".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə bildirib ki, Paşinyanın bu hərəkəti sadəcə olaraq görüntü xarakteri daşıyır:

"Paşinyanın bu addımları dünya birliyinə Azərbaycanla xoş münasibətlər yaratmaq istədiyi haqda təəssürat yaratmaq istəyidir. Ancaq mehriban qonşuluq münasibətləri o vaxt olur ki, qonşu dövlətə qarşı konstitusiyada ərazi iddiaları olmur. O zaman mehriban qonşuluq münasibətləri olur ki, qonşu ölkənin əraziləri vaxtaşırı atəşə tutulmur. Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla bir yerdə regional-beynəlxalq təşkilata müraciət olunmalıdır. Bunların heç biri müşahidə edilmir. Bu baxımda hələ xoş görünəcək addımın atılması qonşu dövlətlə xoş münasibətlər demək deyil".

A.Mirzəzadə qeyd edib ki, Ermənistan konstitusiyasını dəyişdiridikdən və ərazilərimizi atəşə tutmaqdan əl çəkdikdən sonra mehriban qonşuluq və xoş münasibətlərdən danışmaq olar:

"Ermənistanın müxalifət dairələrini başa düşmək olar, amma vaxtaşırı Ermənistan rəsmilərinin anti-Azərbaycan bəyanatları yolverilməzdir. Bu baxımdan həm Azərbaycan, həm də real düşünən, hər şeyə obyektiv yanaşan beynəlxalq dairələr hər bir sözə, hərəkətə real qiymət verməyi bacarırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyun 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri