Icma.az
close
up
RU
ATU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb FOTO

ATU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb FOTO

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” layihəsi çərçivəsində 23 oktyabrda Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirib.

İctimai Birlikdən Moderator.az-a verilən verilən xəbərdə deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin icrasına sentyabrın 1-dən start verilib.  

ATU-nun Kommunikasiya Şöbəsinin təşkilati dəstəyi ilə ATU-da keçirilən görüş sayca üçüncü-sonuncu tədbir olub. Bundan öncə Bakı Mühəndislik Universitetində və Bakı Dövlət Universitetində tələbələrlə görüş baş tutub. ATU-da keçirilən görüşdə   36  tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan   ATU-nun Humanitar Fənlər Kafedrasının müdiri Həbib Mirzəyev gənc nəslin Ermənistanın təcavüzkar siyasəti nəticəsində xalqımıza qarşı törədilən qətliamlarla bağlı məlumatlandırılmasının əhəmiyyətli olduğunu qeyd edib. H.Mirzəyev    bildirib ki, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” layihəsi bu mənada çox əhəmiyyətlidir.

Layihənin rəhbəri, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov layihənin məqsədləri barədə görüş iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə çərçivəsində Başlıbel qətliamının şahidi olan və 113 gün mühasirə həyatı yaşayan şahidlərin 2 aydan artıq müddətdə partizan mübarizəsi apardıqları və Başlıbel kəndinin işğalından sonra heç bir çəkiliş aparılmayan “Nəbi kahası” adlanan ərazidə, həmçinin “Barıtlı kahası” adlanan ərazidə 2 hər biri 20 dəqiqəlik videosüjet çəkilib. Çəkilən videolarda şahidlərin Başlıbel qətliamı ilə bağlı gördükləri, ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətləri ilə bağlı şahidi olduqları hadisələr və mühasirə həyatı ilə bağlı fikirləri əks olunub.

Layihə rəhbərinin sözlərinə görə, layihənin digər məqsədi Bakı Mühəndislər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrin 18 aprel Başlıbel qətliamı ilə bağlı məlumatlandırılması, tələbələrə ermənilərin 1993-cü ilin aprelində Başlıbel kəndində törətdiyi qətliam, doğma torpaqlarını tərk etməyən mülki insanların vətən sevgisi, düşmən arxasında 113 gün mühasirə həyatı, apardıqları partizan mübarizəsi ilə bağlı məlumat verməkdir.

Daha sonra çıxış edən layihənin eksperti, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov Başlıbel qətliamı ilə bağlı slaytı təqdim edib. O bildirib ki, 1993-cü ildə Başlıbeldə insanlıq əleyhinə müharibə cinayəti törədilib: “Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 5 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb. 18 aprel 1993-cü ildə erməni hərbçiləri 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla, 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib, onlar kəndin ərazisində ucqar yerlərdə yerləşən “Nəbi kahası” və “Barıdlı kahası”nda gizləniblər. 113 günlük ölüm-dirim mübarizəsindən sonra 4 sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər – I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci il sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərini dəfn etdikləri ərazidə torpağa tapşırılıblar. Bu gün artıq 5 ilə yaxındır Başlıbel kəndi işğaldan azad edilib. Mülki infrastruktura vurulan zərəri bəlkə də bərpa etmək olacaq. Amma qırılan insan talelərini, yaşanan insanlıq faciələrini kompensasiya etmək mümkünsüzdür. Gənc nəsilin üzərinə düşən həm də odur ki, Başlıbel qətliamı kimi xalqımızın başına gətirilən soyqırımları unutmasınlar”.

Daha sonra videosüjetlər görüşdə tələbələrə nümayiş etdirilib. Başlıbel qətliamının törədildiyi ərazidən və 113 gün mühasirədə yaşayan insanların gizləndikləri mağaralardan çəkilən videosüjetlər maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Başlıbel qətliamının şahidləri İsmət Əzizov, Elşad Əzizov və Məzahir Abasquluyev hadisə və mühasirə həyatı ilə bağlı danışıblar.

Tələbələr bildiriblər ki, izlədikləri videolar və tədbirdə verilən məlumatlar doğma torpaqlarını tərk etməyən mülki insanların düşmən arxasında apardıqları yaşam mübarizəsi və erməni vandalizmi barədə onlarda heyrətamiz təsəvvürlər yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri