Audi şirkəti 4 500 işçisini ixtisar edəcək
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"Audi" avtomobil şirkəti, satışların kəskin azalması səbəbindən 4 500 işçini ixtisar etməyi planlaşdırır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Nəşr bildirir ki, "Audi" şirkəti ("Volkswagen"ə məxsusdur - red.) maliyyə ilə bağlı çətinliklər yaşayır və xərcləri azaltmaq üçün işçilərinin 15%-ni ixtisar etməyi düşünür. "
Qeyd olunur ki, "Audi"nin əsas mənfəəti 91% azalaraq, keçən ilin üçüncü rübündəki 1.2 milyard avrodan 2024-cü ilin eyni dövrü üçün 106 milyon avroya düşüb. Almaniya və ABŞ də daxil olmaqla bir sıra bazarlarda satışlar azalıb, həmçinin "Audi" avtomobillərinə tələbat da azalıb. "Volkswagen"in törəmə şirkətləri arasında yalnız "Lamborghini" markası sabit satışları qoruyub saxlayıb, ən böyük azalma "Bentley"də müşahidə olunub - 35%.
Hazırda "Audi"nin rəhbərliyi mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün işçi nümayəndələri ilə danışıqlar aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Noyabr 2024 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















