“Bloomberg”: İstifadəçilər “iPhone Duo”nun ekran problemlərindən şikayətlənirlər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 oktyabr, AZƏRTAC
Bəzi “iPhone Duo” smartfonlarının qatlanan ekranlarında nasazlıqlar yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, istifadəçilər ekranın qatlanma xətti boyunca çatların əmələ gəlməsindən, ağ ləkələrdən və görüntünün itməsi hallarından şikayətlənirlər. Bəzi cihazlarda ekranın altında qabarıqlıq yarandığı da bildirilir.
“Apple” şirkəti az sayda cihazın daxili ekranında problemlər olduğunu təsdiqləyib və nasazlıqla üzləşən istifadəçilərə dəyişdirilmə üçün “AppleCare” xidmətinə müraciət etməyi tövsiyə edib. Şirkət, eyni zamanda, bu modelin əksər cihazlarının normal işlədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:İstifadəçilər iPhone reklamlarından şikayətlənirlər
25 İyun 2025 18:17
“iPhone Duo”nun qiyməti 8 min manat oldu
14 Sentyabr 2026 11:06
Yeni Apple iPhone 18 Pro və iPhone Duo nun Rusiya qiymətləri açıqlanıb
10 Sentyabr 2026 11:25
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027 ci ilin yanvarına təxirə salıb
17 Oktyabr 2026 09:54
iPhone 17 istifadəçiləri yeni nasazlıqdan şikayətlənirlər
15 Oktyabr 2025 09:40
Baxış sayı:64
Bu xəbər 27 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















