Icma.az
close
up
RU
Autizm: Uşaqlarda hansı əlamətlərə diqqət yetirməli?

Autizm: Uşaqlarda hansı əlamətlərə diqqət yetirməli?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Autizmin geniş yayılması nə ilə bağlıdır? Xəstəliyin təzahür formaları, simptomları hansı yaşlarda özünü büruzə verir?

Autizm genetik problemdirmi?  Autizmin inkişaf səbəbləri məlumdurmu?  Problemin virus infeksiyandan qaynaqlandığı haqda iddialar nə dərəcədə əsaslıdır? Autizm sağalırmı?

APA.az xəbər verir ki, bu suallara aydınlıq gətirən uşaq psixonevroloqu, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşı Kamran Salayev deyib ki, autizmlə bağlı xəstəlik yox, pozuntu sözü işlənməlidir: "Autizm çox geniş pozuntudur. Ona görə də biz ona spektr deyirik. Autizm deyəndə burada bir çox simptom, bir çox əlamət nəzərdə tutulur. Autizm çox yüngül əlamətlərdən başlayaraq ağır əlamətlərə qədər dəyişir".

Mütəxəssisin sözlərinə görə, dünya üzrə təqribən 100 uşaqdan birində autizmə rast gəlindiyi qəbul olunur. Ağır vəziyyətdə olanlarla bağlı isə hər min nəfərdən 3-4-də, 5-6-da autizm olduğu qeyd olunur.

Həkim oğlanlarda qızlara nisbətən daha çox autizm qeydə alındığını, bir sıra ölkələrdə, 42-50 oğlandan birində autizm olması haqda məlumatların olduğunu açıqlayıb. Qızlarda isə hər 150-160 qızdan  birində autizm olduğu deyilir.

Autizmin geniş yayılması səbəblərindən danışan Kamran Salayev deyib ki, son illər autizm diaqnozlarının qoyulma sayının, yoxsa autizmdən əziyyət çəkən uşaqların sayının artması barədə suallara cavab axtarılır. Bu mənada maarifləndirmə kampaniyalarının aparılması, daha dəqiq diaqnozların qoyulması sayəsində autizmli uşaqların sayında artım olması barədə yanaşmalar da üstünlük təşkil edir.

Həkim onu da deyib ki, əsas tədqiqatların əksəriyyəti problemin yaranma səbəbləri arasında sırf genetik faktorun üzərində dayanır.

Psixonevroloq deyib ki, autizmdən əziyyət çəkən yetkin insanlar da var: "Uşaq dövründə autizm diaqnozu qoyulanda, bərpa prosesi aparılanda vəziyyət xeyli yaxşılaşır və simptomlar azalır".

K.Salayevin sözlərinə görə autizmin meydana çıxmasında rolu olduğu bildirilən mühit faktorları çox da aydın deyil: "Genetik rol aydındır, mühitin rolu tam aydın deyil".

Autizmin yaranmasında peyvəndlərin rolunun olması barədə iddialar haqda danışan mütəxəssis bunların tamamilə əsassız olduğunu vurğulayıb: "Bugünkü tədqiqatlar göstərir ki, peyvəndlər səbəb deyil. Uzunmüddətli tədqiqatlar aparılıb və peyvəndlə autizm arasında hər hansı əlaqə göstərə bilmədilər".

Psixonevroloqun sözlərinə görə, klinik olaraq həkimin, yaxud valideynin autizmlə bağlı uşaqda görə biləcəyi əlamətlər özünü bir yaşdan sonra büruzə verir: "Hətta asperger sindromu olan uşaqlar məktəb yaşında bizim qəbulumuza gətirilir, məktəbə qədər heç bir şey hiss olunmadığı, məktəbə gedəndən sonra sosial problemlərin müşahidə olunduğu deyilir".

Mütəxəssis asperger sindromu olan uşaqlarda nitqin formal olaraq normal inkişaf etdiyini deyib. K. Salayev qeyd edib ki, autizm diaqnozu qoyulanların 1/3-i danışmır, yəni nitqə malik olmurlar.

K.Salayevin sözlərinə görə, autizmdən əziyyət çəkən uşaqlar üçün ünsiyyət maraqlı deyil: "Daha yüngül hallarda ünsiyyətə həvəsli olur, buna cəhd edirlər. Amma bunu uyğun şəkildə etmirlər. Məsələn, tanımadığı bir uşağı qucaqlayıb, öpə bilirlər".

K. Salayev autizmə daha dəqiq diaqnozun 2-3 yaşlarda qoyulduğunu da bildirib. Autizmin adətən bir yaşdan sonra klinik əlamətlərlə özünü büruzə verdiyini deyən həkim nadir hallarda bir yaşa qədər əlamətlərin müşahidə olunduğunu açıqlayıb: "Daha yüngül hallarda əlamətlərin görünməsi 4-5 yaşa qədər çəkə bilir. Əksər hallarda 2 yaş yarım - 3 yaş arasında dəqiq diaqnoz qoymaq mümkündür".

Mütəxəssis körpələrdə əsasən iki əlamətə - birincisi, uşağın göz kontaktına, ikincisi, öz adına reaksiyasına diqqət etməyin vacibliyini vurğulayıb: "Bundan başqa, əsas əlamətlərdən biri nitqin ləngiməsidir. Məsələn, uşaq iki yaşa çatıb heç bir söz deyə bilmirsə, bu hala diqqət yetirmək lazımdır".

Psixonevroloq deyib ki, autizmin aradan qaldırılması üçün hər hansı dərman müalicəsi yoxdur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri