Autizmdə kök hüceyrə terapiyası: Belçikadan gələn xəstədə nəticələr
Medicina saytına istinadən Icma.az xəbər verir.
Son illər autizm spekr pozuntusunda kök hüceyrə terapiyasının tətbiqi ilə bağlı elmi araşdırmalar diqqət mərkəzindədir.
Medicina.az xəbər verir ki, autizmdə beyin daxili iltihabi reaksiyaların, eləcə də inkişafla bağlı bəzi neyroanatomik anomaliyaların mövcudluğu məlumdur. Bu amillər həmin vəziyyətin müalicəsində kök hüceyrə terapiyasından istifadə imkanlarını araşdırmağa əsas verir.
İlkin tədqiqatlar autizmdə kök hüceyrə terapiyasının bəzi müsbət təsirlərini göstərir.
Belçikadan Azərbaycana autizm spekt pozuntusu diaqnozu ilə müraciət etmiş 4 yaşlı Zana da belə xəstələrdəndir. Xəstənin mədə-bağırsaq sisteminin bərpası üçün ilkin olaraq inteqrativ yanaşma çərçivəsində qida rasionu düzgün formalaşdırılıb. Valideynin sözlərinə görə, 6 aylıq müalicədən sonra uşaqda:
-Göz təması artıb
- Hiperaktivliyi azalıb
- Sinir krizləri nəzarətə alına bilir
- diqqət və ünsiyyət bacarıqları artıb
Növbəti mərhələdə pasiyentə inteqrativ yanaşma çərçivəsində kök hüceyrə terapiyası aparılıb. Bundan sonra da 4 yaşlı Zananın ünsiyyət, davranış və bəzi idrak bacarıqlarının yaxşılaşdığı müşahidə olunub. Pasiyentin anası, məhz bu terapiyadan sonra uşağın uzun cümlələr quraraq fikrini ifadə etdiyini bildirir.
İnteqrativ Tibb mütəxəssisi Lalə Nəsirova qeyd edir ki, kök hüceyrə terapiyası immun sistemini tənzimləyir, iltihabi proseslərə təsir göstərir və sinir hüceyrələri arasındakı əlaqələri dəstəkləyir. Bunlar autizmlə mübarizədə müsbət nəticələr ələ etməyə stimul verir.
Belarusiyadan müraciət etmiş xəstənin hekayəsini İnstaqram bağlantısından izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 Oktyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















