Bakıda kilsə, məscid və sinaqoq yanaşıdır Fərid Cəfərov
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bakıda kilsə, məscid və sinaqoq yanaşıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, multikulturalizm və tolerantlıq Azərbaycanda təkcə dövlət siyasətində deyil, xalqın ənənəvi həyat tərzində də öz əksini tapıb. F.Cəfərov bildirib ki, Bakıda gəzərkən müxtəlif dinlərə aid ibadət yerlərini yanaşı görmək mümkündür.
Nazir müavini qeyd edib ki, Forumun əsas xüsusiyyəti təkcə hökumətləri və beynəlxalq təşkilatları deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini - qadınları, gənc liderləri, dini liderləri, QHT-ləri və biznes ictimaiyyətini bir araya gətirməsidir.
O vurğulayıb ki, Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsi və multikulturalizm ənənəsi onu bu cür tədbirlər üçün unikal platformaya çevirir.
F.Cəfərov 15 illik tarixə nəzər salaraq Forumun uğur hekayəsi olduğunu deyib:
"Bu, təkcə bizim dediyimiz uğur deyil. BMT Baş Assambleyası bir neçə qətnamə qəbul edib, UNESCO-nun İcraiyyə Şurası 2024-cü ildə müvafiq qətnamə qəbul edib, BMT-nin Sivilizasiyalar Alyansı da öz hesabatlarında Bakı prosesini mədəniyyətlərarası dialoqun əsas qlobal forumu kimi vurğulayıb".
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 26 Oktyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















