Icma.az
close
up
RU
Autizmli uşaqların təhsilində müəllimin rolu

Autizmli uşaqların təhsilində müəllimin rolu

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 avqust, AZƏRTAC

Bərabər təhsil imkanlarının təmin edilməsi inklüziv təhsilin əsas prinsiplərindən biri kimi autizmli uşaqların təhsil prosesinə fəal cəlb olunmasını və onların potensiallarının reallaşdırılmasını nəzərdə tutur. Məktəb uşağın yalnız akademik biliklər qazandığı məkan deyil, həm də sosial bacarıqlarının formalaşdığı, yaşıdları ilə ünsiyyət qurduğu və müstəqil həyata hazırlaşdığı mühüm inkişaf mərhələsidir. Bu prosesdə müəllimin rolu xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda autizm spektr pozuntusu olan uşaqlarla bağlı diqqətin daha çox məktəbdənkənar diaqnostika, korreksiya və reabilitasiya istiqamətinə yönəldiyi müşahidə olunur. Aparılan bu işlər uşağın inkişafı baxımından mühüm əhəmiyyət daşısa da, məktəbə başladıqdan sonra onun təhsil mühitində qarşılaşdığı çətinliklər və bunların aradan qaldırılmasında müəllimin rolu nisbətən kölgədə qalır. Nəticədə həm müəllimlər, həm də valideynlər uşağın məktəbə uyğunlaşması və təlim prosesinə cəlb olunması zamanı müxtəlif çətinliklərlə üzləşirlər.

ADU-nun Psixologiya və pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova AZƏRTAC-a müsahibəsində autizm spektr pozuntusu olan uşaqların məktəb mühitinə uyğunlaşması, təlim prosesinə cəlb olunması və onların təhsil imkanlarının genişləndirilməsində müəllimin, məktəbin və ailənin birgə fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib.

-Autizmli uşaq məktəbə başladıqda müəllim qarşısında hansı yeni vəzifələr dayanır?

-Autizm spektr pozuntusu olan uşaqların fərdi xüsusiyyətləri və təhsil ehtiyacları fərqli olduğundan, bütün şagirdlərə tətbiq edilən vahid tədris yanaşması hər zaman effektiv olmur. Bəzi uşaqlar ünsiyyət qurmaqda, təlimatları izləməkdə, sosial münasibətlər yaratmaqda və sinif qaydalarına uyğunlaşmaqda çətinlik çəkə, bəziləri isə səs, işıq və digər mühit stimullarına həssas reaksiya göstərə bilərlər.

Bu baxımdan müəllimin əsas vəzifələrindən biri şagirdin fərdi imkanlarını və ehtiyaclarını müəyyənləşdirərək təlim prosesini ona uyğun təşkil etməkdir. Praktik olaraq aydın və qısa təlimatlar vermək, tapşırıqları kiçik mərhələlərə bölmək, vizual materiallardan istifadə etmək və fəaliyyət ardıcıllığını əvvəlcədən göstərmək faydalı strategiyalar hesab olunur. Sinif daxilində diqqət və davranışın tənzimlənməsi məqsədilə müsbət möhkəmləndirmədən istifadə edilməsi, uyğun davranışın təqdir olunması və ehtiyac yarandıqda qısa fasilələrin verilməsi məqsədəuyğun hesab edilir.

Uşağın sensor həssaslıqları da nəzərə alınmalı, mümkün qədər həddindən artıq səs-küy və diqqəti yayındıran digər vasitələr azaldılmalıdır.

Autizmli şagirdin sosiallaşması da təhsil prosesinin mühüm hissəsidir. Cüt və kiçik qrup fəaliyyətləri, strukturlaşdırılmış oyunlar və həmyaşıd dəstəyi uşağın ünsiyyət və sosial bacarıqlarının inkişafına, sinif kollektivinə uyğunlaşmasına şərait yarada bilər. Müəllimin düzgün strategiya seçimi yalnız akademik nəticələrin yaxşılaşdırılması ilə məhdudlaşmır, həm də uşağın sosial və emosional inkişafını dəstəkləyir.

-Bu prosesdə məktəb və ailə əməkdaşlığı nə dərəcədə əhəmiyyətlidir?

-Uşağın ehtiyaclarının düzgün müəyyənləşdirilməsi üçün müəllim və valideyn arasında müntəzəm məlumat mübadiləsi böyük əhəmiyyət daşıyır. Uşağın evdə və məktəbdə nümayiş etdirdiyi davranışlar barədə məlumatların paylaşılması, ortaq məqsədlərin müəyyənləşdirilməsi və inkişafın birlikdə izlənilməsi vahid yanaşmanın formalaşmasına imkan verir.

Müəllimlərin autizm spektr pozuntusunun xüsusiyyətləri, fərdi ehtiyacların müəyyənləşdirilməsi və uyğun pedaqoji strategiyaların tətbiqi üzrə praktiki bilik və bacarıqlarının artırılması məktəbdə inklüziv təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Bu səbəbdən müəllimlər yalnız ümumi metodiki biliklərlə deyil, real sinif vəziyyətlərində tətbiq oluna bilən praktiki alətlərlə də təmin edilməlidirlər.

İnklüziv təhsilin məqsədi bütün uşaqlara eyni yanaşmanı tətbiq etmək deyil, onların fərdi xüsusiyyət və ehtiyaclarını nəzərə alaraq bərabər təhsil imkanları yaratmaqdır. Bu baxımdan autizmli uşaqlara göstərilən dəstəyin məktəbdənkənar aparılan işlərlə məhdudlaşdırılmaması, məktəb mərhələsini də əhatə edən davamlı və fərdiləşdirilmiş dəstək sisteminin formalaşdırılması aktual məsələlərdəndir.

Məktəbdə yaradılan dəstəkləyici mühit uşaqların potensiallarını reallaşdırmasına, sosial bacarıqlarının inkişafına, təhsil prosesində fəal iştirakına və gələcəkdə daha müstəqil həyata hazırlanmasına mühüm töhfə verə bilər.

Müxbir - Xatirə Cəfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri