Icma.az
close
up
RU
SOS: Autizmli uşaqların sayında artım Professordan ÇAĞIRIŞ

SOS: Autizmli uşaqların sayında artım Professordan ÇAĞIRIŞ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanda autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, son beş ildə tibb müəssisələrində 13 mindən çox şəxsə autizm sindromu diaqnozu qoyulub. Xüsusilə uşaq autizmi üzrə qeydiyyatda olanların sayı 2021-ci illə müqayisədə iki dəfədən çox artaraq 2025-ci ildə 3533 nəfərə çatıb. Mütəxəssislər bu artımın səbəbləri ilə bağlı fərqli yanaşmalar irəli sürürlər. Bir tərəfdən diaqnostikanın təkmilləşməsi və valideynlərin maariflənməsi daha çox uşağın vaxtında aşkar edilməsinə imkan yaradırsa, digər tərəfdən autizm hallarının həqiqətən artıb-artmaması da müzakirə mövzusudur.

Bəs bu artım həqiqətən autizm hallarının çoxalması ilə bağlıdır, yoxsa diaqnostikanın yaxşılaşmasının nəticəsidir? Autizmin yaranmasına təsir edən əsas risk faktorları hansılardır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a bildirib ki, son illər autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayında artım müşahidə olunması müəyyən mənada məntiqli görünür: “Düzdür, autizm polietioloji mənşəli bir vəziyyətdir və onun yaranmasına səbəb olan konkret etioloji amil hələ də tam müəyyən edilməyib. Lakin hesab olunur ki, bir sıra amillər bu prosesdə mühüm rol oynayır. Bunlara ilk növbədə ətraf mühitdə baş verən mənfi dəyişikliklər, ekoloji problemlər, qidalanma vərdişlərinin dəyişməsi, xüsusilə qida rasionuna ənənəvi olmayan və sərbəst radikallarla zəngin məhsulların daxil olması, genetik faktorlar və gen mutasiyaları, eləcə də hamiləlik dövründə keçirilən müxtəlif xəstəliklər, o cümlədən virus infeksiyaları daxildir. Sadalanan bütün bu amillər autizm spektr pozuntusunun yaranması və gedişində müəyyən rol oynaya bilər".

Professor qeyd edub ki, autizmli uşaq dünyaya gələn kimi müəyyən etmək mümkün olmur, çünki həyatın ilk aylarında bu pozuntu özünü aydın şəkildə göstərmir: "Uşağın sosiallaşma prosesi əsasən bir yaşdan sonra başladığı üçün autizmin ilkin əlamətləri də məhz bu dövrdə üzə çıxmağa başlayır. Məhz buna görə erkən müşahidə, valideynlərin diqqətli olması və vaxtında mütəxəssisə müraciət etməsi böyük əhəmiyyət daşıyır”.

Onu da qeyd edək ki, autizmin ilk əlamətləri adətən həyatın ilk ilinin sonuna doğru, xüsusilə 12-18 aylıq dövrdə özünü göstərməyə başlayır. Uşaq adına reaksiya vermirsə, göz təması qurmaqdan yayınırsa, jest və mimikalardan az istifadə edirsə, valideynlərlə ünsiyyət qurmağa maraq göstərmirsə, nitq inkişafında gerilik müşahidə olunursa və ya eyni hərəkətləri davamlı şəkildə təkrarlayırsa, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır. Bəzi uşaqlarda bu əlamətlər daha erkən, bəzilərində isə 2-3 yaş dövründə daha aydın şəkildə üzə çıxır.

Mütəxəssislərin fikrincə, autizmdə ən vacib məsələ erkən diaqnoz və vaxtında reabilitasiyadır. Həmçinin bildirilir ki, Azərbaycanda autizmin diaqnostikası və reabilitasiyası sahəsində son illər müəyyən irəliləyişlər olsa da, hələ də həllini gözləyən problemlər qalmaqdadır. Xüsusilə regionlarda uşaq psixiatrları, klinik psixoloqlar, loqopedlər və davranış terapevtlərinin sayının az olması, erkən müdaxilə xidmətlərinin hər kəs üçün əlçatan olmaması, terapiya xidmətlərinin yüksək maliyyə yükü yaratması bir çox ailələrin vaxtında dəstək almasına mane olur.

Mütəxəssislər qeyd edirlər ki, valideynlərin yol verdiyi ən böyük səhvlərdən biri uşağın inkişafındakı geriliyi "böyüyəndə düzələr", "oğlan uşağı gec danışar", "hələ balacadır" kimi fikirlərlə izah etmələri və mütəxəssisə müraciəti gecikdirmələridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri