Icma.az
close
up
RU
“AVANT QRUP”un gizlətdiyi ƏDV oyunu: Sakinlər AYAĞA QALXDI VİDEO

“AVANT QRUP”un gizlətdiyi ƏDV oyunu: Sakinlər AYAĞA QALXDI VİDEO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakı şəhərində “Avant Park” yaşayış kompleksinin sakinləri yenidən bir araya gələrək “Avant Qrup” MTK və Dövlət Vergi Xidmətinin fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını ictimailəşdiriblər. Sakinlərin iddiasına görə, illərlə onlardan alınan ödənişlərin tərkibindəki əlavə dəyər vergisinin (ƏDV) ayrıca hesaba köçürülməli olduğu onlardan gizlədilib.

Bakupost.az PozanMedia-ya istinadla xəbər verir ki, nəticədə dövlətin vətəndaşlara verdiyi 30 faizlik ƏDV güzəşti kağız üzərində qalıb, yüzlərlə ailə ödədiyi minlərlə manatdan faktiki şəkildə məhrum edilib.

Sakinlər bildirirlər ki, mənzilləri “Avant Qrup”dan alarkən onlara ƏDV-nin satıcının ayrıca ƏDV depozit hesabına ödənilməli olduğu barədə heç bir məlumat verilməyib. Onların sözlərinə görə, Prezidentin 2022-ci il tarixli müvafiq fərmanı imzalandıqdan sonra MTK-nın ofisinə gedərək məsələni dəqiqləşdirmək istəsələr də, “Narahat olmayın, ödənişi bitirin, ƏDV-ni sonra alacaqsınız” cavabı ilə yola salınıblar. Lakin əsas şərt – ƏDV-nin ayrıca hesaba köçürülməsi – izah edilməyib.

Bu isə sakinlərin fikrincə, artıq sadəcə unutqanlıq yox, yüzlərlə vətəndaşın dövlət tərəfindən ona tanınmış güzəşt hüququndan məhrum edilməsi deməkdir. Beləliklə, Prezidentin 2022-ci il fərmanı ilə vətəndaşlara verilən ƏDV-nin 30 faizinin geri qaytarılması mexanizmi “kağız üzərində qalan güzəşt”ə çevrilib.

Toplantıda çıxış edən sakinlər ödəniş sənədlərini, müqavilələri və bank qəbzlərini media nümayəndələrinə təqdim edərək dövlət qurumlarını hərəkətə keçməyə çağırıblar. Onları birləşdirən təkcə eyni binada yaşamaq deyil, eyni haqsızlıq təcrübəsi, eyni zərər və eyni sualdır: “Bizim ƏDV-ni kim qaytaracaq?” Bu sual isə aylarla, hətta illərlə cavabsız qalır.

Məsələnin ikinci tərəfi kimi Dövlət Vergi Xidmətinin mövqeyi də ciddi tənqid olunur. Sakinlərin sözlərinə görə, vergi orqanı onların müraciətlərinə yalnız qısa cavab verməklə kifayətlənib: “MTK elektron qaiməni düzgün tərtib etməyib, sistem ƏDV-ni tanımır”.

Daha sonra DVX-dən daxil olan rəsmi məktublarda vətəndaşların ƏDV-ni geri ala bilməməsinin səbəbi kimi “ödəmə sənədlərinin düzgün rəsmiləşdirilməməsi” göstərilib.

Halbuki həmin məktubda açıq şəkildə etiraf olunur ki, bütün ödənişlər satıcının – yəni “Avant Qrup”un – adi bank hesabına yönləndirilib, ödənişlərin təyinatı isə MTK tərəfindən düzgün göstərilməyib. Yəni problem vətəndaşın deyil, ödənişi qəbul edib yanlış uçot aparan şirkətin səhvindən qaynaqlanır. Buna baxmayaraq, Vergi Xidməti bunu görsə belə, MTK-ya qarşı hər hansı irad, xəbərdarlıq və ya məsuliyyət tələbi irəli sürməyib, sadəcə “ƏDV qaytarılmır” nəticəsini elan edib.

Maraqlıdır ki, eyni mövzu üzrə artıq məhkəmə təcrübəsi də formalaşıb. Bakı İnzibati Məhkəməsi, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə, “Avant Park”dan mənzil alan sakinlərdən birinin iddiasını təmin edib. Həmin iş üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ƏDV-nin qaytarılmasından imtina edən qərarı ləğv edilib və alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi DVX-in üzərinə qoyulub.

Daha sonra nə Apellyasiya Məhkəməsi, nə də Ali Məhkəmə vergi orqanının etirazlarını təmin etməyib. Bu fakt məhkəmə praktikasının açıq şəkildə sakinlərin mövqeyini dəstəklədiyini göstərir. Buna baxmayaraq, hazırda yüzlərlə digər sakinin eyni vəziyyətdə olduğu, onların da məhkəmələrə üz tutmağa məcbur edildiyi qeyd olunur.

Beləliklə, həm vətəndaşın hüququnun pozulduğu, həm də yaranmış uyğunsuzluğa görə məsuliyyət daşımalı olan şirkət və vergi qurumunun problemi görməzdən gəldiyi iddia edilir. Sakinlərin sözlərinə görə, bu vəziyyət artıq təkcə maliyyə itkisi deyil, ədalətə və dövlət institutlarına olan etimad probleminə çevrilib.

Sakinlər bildirirlər ki, onlar mənzil alarkən dövlətin yaratdığı ƏDV güzəşt mexanizminə, həmçinin MTK və vergi sisteminə güvəniblər. İndi isə gözlər həm “Avand Qrup” rəhbərliyinə, həm də aidiyyəti dövlət qurumlarının verəcəyi reaksiyaya yönəlib. Sakinlər növbəti addım olaraq həm “Avand Qrup”un mərkəzi ofisi, həm də İqtisadiyyat Nazirliyinin binası qarşısında aksiya keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.

Qeyd edək ki, sakinlərin irəli sürdüyü iddialarla bağlı “Avant Park” ofisindən mövqe öyrənmək cəhdləri nəticə verməyib. MTK əməkdaşları çəkiliş qrupunu gördükdə ofis qapılarını bağlayıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Dekabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri