Icma.az
close
up
RU
“Avatar 3” rekorda gedir

“Avatar 3” rekorda gedir

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ceyms Kameronun elmi-fantastik dastanının yeni (üçüncü) filmi – “Avatar: Od və Kül” (Avatar: Fire and Ash) dünya üzrə kinoteatrlarda 345 milyon dollar gəlirlə nümayişə güclü start verib. Bununla belə, bu göstərici seriyanın əvvəlki filmi ilə müqayisədə nəzərəçarpacaq azalma deməkdir.

Globalinfo.az bakupost.az-a istinadən bildirir ki, müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bir neçə dəfə təxirə salındıqdan sonra kinoteatrlara çıxan “Avatar: Suyun Yolu” (Avatar: The Way of Water) eyni dövrdə 435 milyon dollar gəlir əldə etmişdi.

“Disney” və “20th Century” istehsalı olan “Avatar 3”ün ilkin kassa gəlirləri beynəlxalq bazarlarda 257 milyon dollar, Şimali Amerikada isə 88 milyon dollar təşkil edib. Qlobal miqyasda bu nəticə 2025-ci ilin ikinci ən böyük açılışı hesab olunur. Siyahının ilk pilləsində isə üç gün ərzində 500 milyon dollar gəlir toplayan digər “Disney” layihəsi — “Zootropolis 2” (Zootopia 2) yer alır.

Avatar filmləri kassadakı davamlılığı ilə tanınır. Nə 2009-cu il istehsalı olan ilk “Avatar”, nə də “Suyun Yolu” Milad bayramı ərəfəsində rekord açılış göstərmişdi. Lakin hər iki film yeni il dövrü boyunca tamaşaçıların əsas seçimi olaraq qalmışdı. Hazırda bu iki ekran əsəri müvafiq olaraq 2,9 milyard və 2,3 milyard dollar gəlirlə tarixdə ən çox qazanan filmlər sırasındadır.

Üçüncü filmin kommersiya uğurunda beynəlxalq auditoriyanın rolu əsas hesab olunur. İlk filmin 2,1 milyard dollarlıq gəliri Şimali Amerikadan kənar bazarlardan əldə olunmuşdu. İkinci film isə xarici bazarlarda 1,65 milyard dollar gəlir toplamışdı.

Tənqidçilərin sözlərinə görə, ilk iki film ümumi gəlirlərinin 70%-dən çoxunu xarici bazarlardan qazanıb və indiki mərhələdə də beynəlxalq açılışlar son dərəcə güclü görünür.

“Avatar: Od və Kül” Çində 57,6 milyon dollar açılışla, “Suyun Yolu”nu (56 milyon dollar) cüzi fərqlə geridə qoyub. Çin xaricində ən güclü beynəlxalq açılışlar Fransada 21,4 milyon dollar, Almaniyada 18 milyon dollar, Cənubi Koreyada 13,6 milyon dollar və Böyük Britaniyada 11,9 milyon dollar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri