Keçmiş deputat Ramiz Mehdiyevə söz atdı: “Ona olar, mənə yox?”
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin sabiq deputatı, keçmiş konsul, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı maraqlı açıqlama verib.
Modern.az xəbər verir ki, Xeyrəddin Qoca dövlətə xəyanət kimi xüsusilə ağır cinayətdə ittiham olunan və 14 il müddətinə şərti azadlıqdan məhrum edilən akademik Ramiz Mehdiyevin hazırda Novxanı qəsəbəsində, dəniz sahilində yerləşən villasında ev dustaqlığı yaşamasına münasibət bildirib.
Özünün də səhhətində problemlər olduğunu və evdən çıxmadığını vurğulayan sabiq deputat Ramiz Mehdiyevlə öz vəziyyətini müqayisə edərək ironik sual ünvanlayıb:
“Mənim də sağlamlığım qənaətbəxş deyil. Evdən çıxmıram, lakin ev dustağı deyiləm. İkinci fərqimiz ondadır ki, 1,5 milyon pulum yoxdur ki, dəniz sahilində ev alım. Həkimlərin tövsiyəsinə görə, mənə də dəniz havası lazımdır... Ona olar, mənə yox?”
Xeyrəddin Qocanın bu sözləri Ramiz Mehdiyevin ev dustaqlığı şəraitinə və yaşadığı villaya eyham kimi diqqət çəkib.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mehdiyevə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib, lakin yaşı və səhhəti nəzərə alınaraq bu cəza şərti saylıb. R.Mehdiyevin əmlakları dövlət nəfinə müsadirə olunub və onun dövlət təltiflərindən məhrum edilməsi üçün müvafiq təqdimat göndərilib.
Akademikin hazırda Novxanı qəsəbəsində, dəniz sahilində yerləşən bahalı villasında yaşadığı bildirilir.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 27 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















