Icma.az
close
up
RU
Aviaqəzanın arxasında gizlənənlər... ZAHİD ORUCDAN SENSASİON AÇIQLAMALAR

Aviaqəzanın arxasında gizlənənlər... ZAHİD ORUCDAN SENSASİON AÇIQLAMALAR

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə baş sağlığı verənlərin içində gizləniblər. Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir”.

Azpost bildirir ki, bu sözləri Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, hadisənin qlobal rezonansı bizi qəza və qəzza zolağında, daima matəmdə saxlamaq, xalqımızı qalibiyyət yolundan və sabaha inamdan döndərmək niyyətini də üzə çıxardı.

Deputat bildirib ki, əgər Rusiyanın hava məkanı uçuşlar üçün təhlükəlidirsə, Hökumət mütləq müvafiq qərar qəbul edəcək: “Lakin Azərbaycan dövləti atdığı addımları xaos yayan sosial şəbəkələrin, xaricdən idarə olunan terror mediasının və işğal partiyasının basqısı, isterik çağırışları ilə deyil, məhz milli mənafelər əsasında verir. Qəzaya səbəb kimi sərhəddin bağlı olmasını göstərənlər, heç olmasa indi Azərbaycan dövlətinin xalqımızı hansı təhlükələrdən qorumaq üçün antisosial və antihumanist görünən, lakin məhz milli təhlükəsizliyimizi təmin etmək üçün Rusiya-Ukrayna müharibəsindən qorunan məcburi qərarını anlayırmı?”

Deputat rezonans doğuran idida il çıxış edib: “Qarabağda qalib gələn dövləti istənilən beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi Azərbaycanı məğlub edib hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdır”.

“Qəzadan qazanc götürmək məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir. Yerə çırpılan gəmini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi məhbəsindədilər. Sərnişinlərinin sosial statusunu-kasıb və işləmək üçün gedənlər olduğunu qabardıb dövlətin sosial siyasətini linç etməyə qalxanlar həlak olanların birinin dəfn mərasiminə qatılıb ailələrinə mənəvi-maddi yardım etməyiblər. Ölənlərin coğrafi mənsubiyyətini-Balakən və Qusardan olmalarını istismar edib milli-etnik toqquşma çıxarmaq istəyənlər unudur ki, Şəhidlər Xiyabanı milli birliyimizin müqəddəs ünvanıdır”-deyə Z.Oruc vurğulayıb.

Əgər məndən soruşsaydılar, qəzaya ən böyük səbəb nədir-cinayətkarları cəzalandırmaq şərtilə tərəddüdsüz deyərdim- radiusu hər gün genişlənən və gəlib Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsi. Yoxsa, bütün ölkələrin mütləq bir təyyarəsi vurulmalıdır ki, hamı müharibəni lənətləyib onu durdurmağa çağırsın! Müharibənin dayandırılması üçün BMT-yə çağrış edirik-təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir. Rusiyanın, hətta müəyyən qədər İranın, Türkiyənin fəal şəkildə savaş tərəfinə çevrilməsi nəinki hava, bütün nəqliyyat növlərini və xalqları qəzaya məhkum edib. Hər gün dənizlərdə, tranzit və dəmir yollarında, o cümlədən, hava məkanında minlərlə dron hücumlarının, terror aktlarının şahidi oluruq. Əlbəttə, bir daha qeyd edək ki, təyyarəmizin enişinə icazə verməyən qüvvələrin heç bir halda yalnız müharibə amili ilə cinayətlərinə haqq qazandırması yolverilməzdir”-deyə deputat bildirib.

AzPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see260

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see243

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see202

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see197

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see148

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see145

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see142

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see141

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see138

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see137

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see132

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see129

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see128

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri