Icma.az
close
up
RU
”Onlar müharibə parlamentidir” Zahid Orucdan SENSASİON AÇIQLAMA

”Onlar müharibə parlamentidir” Zahid Orucdan SENSASİON AÇIQLAMA

Icma.az bildirir, Moderator.az portalına istinadən.

106 yaşlı Azərbaycan parlamenti xalqımızın bir əsrlik keşməkeşli tarixini, üç fərqli formasiyanın üstünlüklərini və ziddiyyətlərini özündə əks etdirir. 800 yaşlı İngiltərə parlamenti ilə müqayisədə Azərbaycan qanunvericilik orqanı gənc sayılır, lakin milli parlamentarizm institutumuzun həyata keçirdiyi fəaliyyət bütün dünya üçün örnəkləri, meyar idealları var.

Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.

Deputatın çıxışının tamamını təqdim edirik:

"1918-ci ildə dünya siyasi xəritəsinə şərqdə ilk Cümhuriyyət kimi daxil olan Demokratik Respublikanın çoxmillətli və çoxqütblü parlamenti23 ayda 5 hökumət dəyişikliyindən sonraİrəvan itkisi ilə tarixə qovuşdu. Ardınca vahid mərkəzi idarəçilik, hətta Stalin dövründəAzərbaycan Ali Soveti millətimizin hüquqi, siyasi və mədəni intibahını, qabaqcıl ziyalıların və çoxmilyonlu zəhmətkeş sinfin arzularını həyata keçirən xalq hakimiyyəti oldu.

Ötən əsrin 70-ci illərində böyük dövlət adamıHeydər Əliyevin Azərbaycana başçılığı ölkəmizifaktiki müstəqilliyə qovuşdurmaqla nəhəng quruculuq işlərinin hüquqi platformasına çevrildi.Ali Qanunverici orqanda qəbul edilən beş illik planlar, qalib keçici qırmızı bayraqlar və təltiflər millətimizin həyatını köklü şəkildə dəyişdirdi.

Ulu öndər yeganə tarixi şəxsiyyyətdir ki, tale ona iki formasiyanın qəhrəmanı, sovet və müstəqil ölkənin parlamentində Birinci şəxs kimi iştirakı nəsib edib. O həm Azərbaycan  Ali Sovetinin, daha sonra SSRİ Ali Sovetinin 3 çağırışüzvü, ardınca ucqar respublikada  Ali Məclisin sədri, nəhayət, müstəqil Azərbaycan parlamentinin üzvü, onun sədri kimi xalqımızınxilaskarlığına da məhz buradan-parlamentdən başlayıb.

Xaos və anarxiyanın hökm sürdyü bir ölkədə silahlı çevrilişlər, etnik separatizmin cilovlanması Ali Qanunvericilik orqanında gerçəklışdi.

Digər tərəfdən, ölkəmizə qarşı ərazi iddialarının, silahlı hücumların iki cəbhədə-SSRİ Ali Sovetində və Ermənistan parlamentində qanuniləşdirilməyə çalışıldığı bir bir dövrdə xalqımız demokratik dünyanın-bəşəriyyətə azadlıq haqda billər, qara tərlanlar bəxş edən qanunvercilik orqanlarının da əsil simasını gördü. 90-cı illərdən indiyədəkAzərbaycan əleyhinə sanksiyalar istəyən ABŞ Konqresinin üzvləri, Qarabağa müstəqillik tələb edən Avroparlament təmsilçiləri, Qələbəmizə görə deputatların mandatını tanımayan AŞPA göstərdi ki, corc vaşinqtonların, tomas cefersonların, mönteskyoların ədalət şüarları bayağı deklarasiyalardır.

Parlament ilk növbədə, qanunverici orqandır. Müasir suveren, demokratik-hüquqi dövlətin  3  sarsılmaz qolundan biridir.

Qanunlar hər bir dövlətin, deməli, bəşəriyyətin sabit və təhlükəsiz inkişafı, tərəqqisi  üçün  yaradılır.  Təəssüflər olsun ki,  qanunverici orqanlar indi özünü qlobal güc sayan dövlətlərdə ali icra hakimiyyətlərinin hüdudsuz müharibə ambisiyaları, xalqın həyati ehtiyaclarını bir kənara qoyaraq, külli miqdarda büdcə vəsaitələrinə başa  gələn hərbi-sənaye komplekslərinin inkişafı və silahın qida istehsalını üstələməsi, min kilometrlərlə uzaqlarda təhlükəsizlik adı altında ölkələrin ərazi bütövlüyünə müdaxilələrdə əsas alət roluna endiirlib. Əks halda tarixən daha çox təcrübəyə malik parlamentlər Vyetnam, Suriya, Liviya, Əfqanıstan və s. xlaqlara fəlakət gətirən, bəşəryyəti əsrlərlə geri atan qərarları niyə qəbul edirdilər. Bəlkə ona görə ki, bu qurumun vətəni sayılan İngiltərədə parlament krallara hərbi kampaniyalarını maliyyələşdirmək üçün zəruri olduğundan yaradılımışdı? Elə isə bu ənənəni dəyişməyin vaxtı çatmayıbmı? Misalları davam etdirəsk,  ABŞ Konqresi 1830-cu il mayın 28-də bir sıra köklü xalqları öz məskunlaşdığı ərazilərdən rezervasiyalara   köçürülməsi qanununu, 7 avqust 1964-cü ildə Vyetnama qarşı   açıq aqressiyası ilə bağlı  Tokin qətnaməsi”ni, 2002-ci ildə ABŞ Konqresi İraqda-22 milyonluq xalqa qarşı  müharibəyə başlamağa, İraqa hərbi zərbə endirməyə icazə verən qətnamə  qəbul edib.. 2004-2009-cu illərdə İraqda 109.032 nəfər, o cümlədən 66.081 mülki şəxs öldürülüb. Yoxsa, onlar “müharibə parlamentidir”?

Bu ənənələrin parlamentarizmə, bəşəriyyətə və sülhə vurduğu zərbə, onun nəhayət, aradan qalsdırılması ilə bağlı sağlam düşüncəli təşəbbüslər isə hələlik havada qalır.

Birlik, bərabərlik və qardaşlıq nidası ilə Bastiliyaya hücum edən və 200 ildə 5 respublika dəyişən Burbonlar sarayı 21-ci əsrdə müstəmləkəçiliyi və xalqlararası düşmənçiliyi müdafiə edir.

Monarxiyaları devirdikləri ilə öyünən avroparlamentlər müasir lobbiçiliyin, milyonlarla dollar ianəli seçki kampaniyalarının və siyasi korrupsiyanın simvoludur. Belə qanunvericilik hakimiyyətləri xalqa məxsus ola bilməz. İşğala dəstək verənlər sadə vətəndaşları təmsil etmirlər.

90-cı illərdə xaricdən demokratiya idxalınınnəticəsində ölkəmizin cənub, şimal və şərqində 3 separatçı parlament qurulmuşdu. Onlardan ən təhlükəlisi və uzunömürlüsü Dağlıq Qarabağın hibrid qanunvericilik orqanı idi.

Lakin Azərbaycan parlamenti işğalı aradan qaldırmağa çalışan millətimizin siyasi iradəsinin təmsilçisi oldu. Qürurlu hadisədir ki, prezident İlham Əliyevin siyasi olimpə yüksəlişi də Milli Məclisdən keçərək reallaşdı.

Son 30 ildə işğal əleyhinə qəbul edilən saysız qanunvericilik aktları, dövlətimizin iqtisadi müstəqilliyini təmin edən onlarla neft müqavilələrinin ratifikasiyası və nəhayət, güclü ordunun qurulması üçün yüzlərlə qərarlar Zəfər savaşına gedən yolları açdı.

Xalqımızın 30 illik bütövlük və suverenlik mübarizəsi əvvəlcə hüquqi, daha sonra Vətən müharibəsi ilə hərbi meydanda rəsmiləşdi. Biz haqlı olduğumuz üçün qalib gəldik.

2023-cü ilin 20 sentyabrında isə separatçı parlamentin ləgvi qanunçuluğun təntənəsi oldu. Bir ölkə-bir parlament əsil suverenlik hadisəsidir.

İndi Azərbaycan parlamenti qalib millətimizinsiyasi iradəsini təmsil edir və yeni qalibiyyət tarixi yazılır. Bizim hüquq sistemimiz natam aktlardan, yarımçıq qərarlardan  xilas olur. 33 il sonra elan olunan müstəqqilllik aktı deklarativ deyil, həqiqi azadlığımızı və suverenliyimizi təcəssüm etdirir. Qarşısında qalibiyyət bayrağı dalğalanan binanı Zəfər parlamenti adlandıra bilərsiniz. Prezidentin inaqurasiya mərasimləri göstərir ki, parlament ali dövlət binası və millətimizə şərəflə xidmətin yüksək and yeridir.

Yerləşdiyimiz regionda və keçmiş sovet məkanında parlamentlər uğrunda mübarizə ölkədaxili hadisə olmaqdan çıxıb, geosiyasi mənafelərin toqquşması meydanına çevrilib. Azərbaycan parlamenti müstəmləkəçiliyə, rəngli inqilablara və dövlət çevrilişlərinə qarşı mübarizənin ön cəbhəsidir, xalqımızın coğrafi və etnik-milli bütövlüyünün vahid platformasıdır.Burada 106 ildə heç bir ölkəyə qarşı işğal məqsədilə müharibə qərarı çıxarmayıb. Əksinə, Balkanlarda, Kosovoda, Əfqanıstanda sülhyaradıcı missiyalara səs verilib.

Biz dünyada siyasi tərəfdaşlarımızı hər gün artırırıq. Bu gün salona toplaşan yüzlərlə xarici parlamentarilər parlaq Qələbəmizi bölüşən, paylaşan həmfikirlər ordusudur.

Biz Yeni Eraya, Yeni dövrə daxil oluruq. Bir əsrdən sonra xalqımızın Qalibiyyət Yüz ili başlanır. Bölgədə barışı gücləndirəcək sülh müqaviləsinin qəbulu və beynəlxalq təhlükəsizliyin təmin olunması ən böyük vəzifədir. Qlobal İqlim Sammitini Barış Zirvəsinə çevirən Azərbaycan bölgədə sülh, cahanda sülh istəyir!"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:324
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri