Aviaşirkət: Fransa axının əksinə hərəkət edir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 fevral, AZƏRTAC
İrlandiyanın “Ryanair” aviaşirkəti Fransaya uçuşları minimuma endirə bilər.
AZƏRTAC xəbər verir ki, şirkət Fransanın 2025-ci il büdcə layihəsində aviabiletlərə əlavə vergi tətbiq ediləcəyi halda bu addımı atacaq. Şirkətin direktoru Maykl O’Liri bildirib ki, “Fransa onsuz da yüksək xərclər olan ölkədir. Əgər onsuz da yüksək olan vergilər bir daha artırılarsa, biz fəaliyyətimizi məhdudlaşdıracağıq”.
Baş direktor vurğulayıb ki, digər Avropa ölkələri aviasiya sahəsində vergiləri azaltdığı halda, Fransa axının əksinə hərəkət edir.
Qeyd edək ki, Fransanın 2025-ci il üçün büdcə layihəsində ekonom sinifdə təyyarə biletləri üçün verginin 2,63 avrodan 7,30 avroya qaldırılması təklif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Fevral 2025 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















